Əsas Səhifə > Manşet / Sosial > Qazaxda daha bir çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdiriləcək
Qazaxda daha bir çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdiriləcək6-10-2018, 14:18 |
Bu gün tam əminliklə deyə bilərik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bu son illər rayonda sosial obyektlərin, sənaye müəssisələrinin, mağazaların, dükanların, uşaq bağçalarının, məktəblərin tikilməsi, yeni asfalt yolların çəkilməsi, bir sözlə, həyata keçirilən tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olar. Qazaxda aparılan quruculuq işlərinin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması da rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması quruculuq siyasətinin uğurla icra edilməsi deməkdir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur. Bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-si tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları təmirli binalar sırasındadır. Bu gün çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması istiqamətində dövlət başçısı tərəfindən saysız-hesabsız Sərəncamların imzalanması, tapşırıqların verilməsi bir daha onu sübut edir ki, bu sahə daim diqqət mərkəzindədir. Ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu dediklərimizin əyani sübutudur.Əvvəlcədən planlaşdırıldığı kimi, Qazax rayonunda istər binaların dam örtüklərinin dəyişdirilməsi, istərsə də blokların əsaslı şəkildə təmir olunması üçün görülən məqsədyönlü işlər öz axarı ilə davam edir.Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı küçəsi 1 ünvanında yerləşən və dam örtüyü dəyişdiriləcək bina ilə tanış olub. 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binanın bloklarındakı mövcud vəziyyətlə maraqlanıb.Sonra binanın həyətində sakinlərlə görüşən icra başçısı rayonda təmir olunan bütün binalar kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını qeyd edib. Əvvəlcə dam örtüyünün dəyişdiriləcəyini bildirib. Bundan başqa, binanın həyətində abadlıq işlərinin aparılacağını qeyd edib.Bina sakinlərindən Sahib Bayramov, Səmayə Məmmədova, Aygün Həsənova çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rayonda təmir olunan digər binalara baxdıqca həsəd aparırdıq. Lakin bununla yanaşı, əmin idik ki, bizim bina da diqqət mərkəzində olacaq. Bəli, bu gün bizim yaşadığımız binanın dam örtüyünün dəyişdirilməsi, eləcə də əsaslı şəkildə təmir olunması xəbəri bizi çox sevindirir. Ölkə başçısının çoxmənzilli binalarla bağlı imzaladığı sonuncu sərəncamı minnətdarlıq hissi ilə qarşılayan bina sakinləri bu sərəncamın onlar üçün əsl töhfə olduğunu bildiriblər.GOYEZEN.AZ
Geri qayıt |