Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib4-10-2018, 22:07 |
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib. Çaylı kənd sakini, I qrup əlil Dönməzov Elmurad Rafiq oğlu evinin təmirinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşın istəyini diqqətlə dinləyən rayon rəhbəri köməklik edilməsi üçün aidiyyəti üzrə tapşırıq verib. Şəhər sakini Bayramov Sahib Həsən oğlu işlə təmin olunmasına və əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsini bildirib. Vətəndaşa müayinədən keçməsi və alınmış nəticələrlə birlikdə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Şəhər sakini Rüstəmova Mədinə Hüseyn qızının və Xanlıqlar kənd sakini Budaqova Lena Abbas qızının mənzillə təmin olunmalarına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri məsələyə baxılacağını bildirib. Şəhər sakini Hüseynova Məryəm Elçin qızı, Yuxarı Əskipara kənd sakini Qələndərova Lalə Nüsrət qızı və Qarapapaq kənd sakini Sarıyeva Elnarə Xaliddin qızı işlə təmin olunmalarına köməklik göstərilməsi barədə müraciət ediblər. İcra başçısı ixtisaslarına uyğun boş yer yarandığı zaman vətəndaşların müraciətlərinə baxılacağını qeyd edib. Şəhər sakinləri Bayramova Xanım Müslüm qızı evinin kənarına hasar çəkilməsini, Mustafayev Aqil İsmayıl oğlu isə evində apardığı tikintiyə qonşusu tərəfindən maneəçilik törədilməsini bildiriblər. Vətəndaşları diqqətlə dinləyən icra başçısı hər iki məsələ ilə bağlı aidiyyəti üzrə nümayəndələrin yerində baxış keçirilmələrini və araşdırılmasını tapşırıb. Şəhər sakini Hüseynova Ramidə Ramazan qızının, Böyük Cəfərli kənd sakini, II qrup əlil Kazımova Güllər İslam qızının, Bakı şəhər sakini Qaracayev Orxan Məzahir oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |