Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
Qazaxda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər1-10-2018, 15:00 |
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gəliblər. Tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ulu öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin hər il
oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə
bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli
Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və
prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət
səviyyəsində münasibət bildirmişdir. Eyni zamanda, ulu
öndər Heydər Əliyevin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq
işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani
təzahürüdür.
GOYEZEN.AZ
Geri qayıt |