Əsas Səhifə > Manşet / Mədəniyyət > Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Qazaxda Xalq şairi Səməd Vurğunun poeziya evində olub
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Qazaxda Xalq şairi Səməd Vurğunun poeziya evində olub1-10-2018, 14:51 |
Bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndində Yaponiya səfirliyinin dəstəyi ilə tikilmiş həkim məntəqəsinin açılış mərasimi ilə əlaqədar rayonumuzda olan Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, zati-aliləri Teruyuki Katori, səfirliyin birinci katibi Takaaki Usui, səfirliyin İctimai Əlaqələr şöbəsində konsultant Aysel Məmmədli Xalq şairi Səməd Vurğunun poeziya evində qonaq olublar. Açılış mərasimindən sonra poeziya evi ilə tanış olan səfirə və nümayəndə heyətinə Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri barədə ətraflı məlumat verilib. Poeziya evində olan qonağa Xalq şairinin həyat və yaradıcılığından bəhs edən kitab da hədiyyə olunub. Sonra səfir xatirə kitabına öz ürək sözlərini qeyd edib və kollektivlə xatirə şəkli çəkdirib.
GOYEZEN.AZ
Geri qayıt |