Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar görüş zamanı qaldırılan məsələlərlə bağlı müşavirə keçirilib

Səyyar görüş zamanı qaldırılan məsələlərlə bağlı müşavirə keçirilib


25-09-2018, 20:36


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən həftə Məzəm kəndində sakinlərlə keçirilən səyyar görüşü zamanı qaldırılan məsələlər və onların həll olunması istiqamətində görülən işlərlə bağlı müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Məzəm və Quşçu Ayrım kənd sakinləri, məsələ ilə bağlı təhkim olunmuş şəxslər, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bugünkü müşavirəni keçirməkdə əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd edib ki, rəhbər kimi fəaliyyətə başladığım ilk gündən düşmənlə sərhəddə yerləşən kəndləri və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayıram. Hər zaman çalışmışam ki, sərhəd bölgəsində yerləşən Məzəm və Quşçu Ayrım kəndlərində yaşayan kənd camaatına qayğı ilə yanaşım, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edim. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür.

Rayon rəhbəri bildirib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar.

Sonra icra başçısı sakinlərin qaldırdıqları məsələlərin mövcud vəziyyəti və bununla bağlı görülən işlərlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, səyyar görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən Məzəm və Quşçu Ayrım kəndlərində içməli və suvarma suyunun təmin olunması ilə bağlı müraciətləri aidiyyəti şəxslərdən ibarət yaradılmış işçi qrupu tərəfindən yerində araşdırılmış, məsələnin həlli yolları kənd sakinləri ilə birlikdə müzakirə olunmuşdur.

Səyyar görüşün ertəsi gün məsələ qaldıran sakinlərin birgə iştirakı ilə suyun çəkilməsi üçün nəzərdə tutulan yerlərə baxış keçirilmiş və mövcud vəziyyət yerində öyrənilmişdir.

Bildirilib ki, sakinlərin qaldırdıqları məsələnin köklü şəkildə həll olunması üçün iri tutumlu su çəninin, yeni nasosun qoyulması və su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

Görülən işləri diqqətlə dinləyən rayon rəhbəri məsələnin köklü şəkildə həll oluması və effektiv nəticə verməsi üçün bir daha ətraflı şəkildə araşdırılmasını və həlli mümkün olan nə varsa edilməsini qeyd edib. Bununla bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Müşavirədə Quşçu Ayrım kəndində görülmüş işlər də müzakirə olunub. Məlumat verilib ki, yolla bağlı məsələ artıq öz müsbət həllini tapıb. Belə ki, sakinlərin qaldırdıqları yol məsələsi ilə bağlı əməli işlər görülüb, yol xırlanaraq hamarlanıb.

Vətəndaşların müraciətləri ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb. Vətəndaşların müraciətlərinin tez bir zamanda öz müsbət həllini tapması üçün lazımi hazırlıq işlərinin görülməsini bildirib.

Səmimi söhbət əsasında keçənmüşavirədə kənd sakinlərindən Cəbrayıl Osmanov, Məmməd Əliyev, Rasim Vəliyev və başqaları çıxış edərək onların müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.Sərhəddə yaşayan Məzəm və Quşçu Ayrım kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün kənddə evlərin qarşısına istinad divarlarının çəkilməsini dövlətin və dövlət başçısının kənd sakinlərinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər. Bu gün həmin diqqəti rayon rəhbərinin simasında 2 il 4 aydır ki, hiss etdiklərini qeyd ediblər. Quşçu Ayrım kəndində yolun xırlanmasına, SİP kabelin çəkilişinə görə öz dərin minnətdarlıqlarını çatdırıblar.




GOYEZEN.AZ


Geri qayıt