Əsas Səhifə > Manşet / Rəsmi > EL ADAMI, EL OĞLU
EL ADAMI, EL OĞLU21-09-2018, 15:03 |
Bir var evin adamı, bir var elin adamı. Elin adamı olmaq hər insana nəsib olan xoşbəxtlik deyil. Var, pul nisbi anlayışdır. Ola da bilər, olmaya da bilər. Kasıb olmaq dəhşət deyil. Dəhşət insan olmamaqdır. Bəzən milyonları olan insan tanıyırsan. On ildə bir dəfə adını belə çəkmək istəmirsən. Fikirləşirsən ki, millət üçün yararsız olan biri ilə mənim xoş münasibətdə olmağım nəyə gərəkdir ki?! Millət üçün gərəkli olmaq İlahidən insana bəxş edilən ən böyük və əlçatmaz xoşbəxtlikdir. Qazax rayonunun icra başçısı Rəcəb Babaşov millət üçün gərəkli insanlardandır. Biz qazaxlılar hal-hazırda Rəcəb müəllimin iş fəaliyyətindən razıyıq. Rəcəb müəllim rayonumuzun abadlaşması üçün gecəsini-gündüzünə qatıb yorulmadan işləyir. Artıq 2 il, 4 aydır ki, Rəcəb müəllim təyin olunduğu Qazax rayonunda hər bir işdə vicdanı rəhbər tutaraq hər kəslə yüksək hörmət və insani xüsusiyyətlərlə davranır. Hər bir sakinə xüsusi diqqət ayırır. Bu günlərdə Rəcəb müəllim ömrünün müdrik çağının daha bir ilini geridə qoydu. 55 yaşını tamamlayan Rəcəb müəllimə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Bəli, bütün Qazax camaatı onun fəaliyyətindən razıdır. Biz qazaxlılar çox yaxşı bilirik ki, Qazaxda mərd bir insan yaşayır – Əməkdar İdman Xadimi, Pəhləvan Ramiz Tağıyev. Bizim dəyərlimiz, hörmətli, ləyaqətli bir dostumuz da var – Qazax rayonlararası psixiatriya xəstəxanasının baş həkimi Ramiz Mansurov. Bu insanların hər ikisi Qazaxı o qədər çox sevirlər ki! Qazaxda gedən tikinti-quruculuq işləri, insanların Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdan razı danışmaqları onları da çox sevindirir. Və hər iki Ramiz də Rəcəb müəllimin fəaliyyətindən çox razıdırlar. Onlar da Rəcəb Babaşovu doğum günü münasibətilə təbrik edirlər. Pəhləvan Ramiz Tağıyev: Rəcəb Babaşov böyük insandır. Təmənnasız adamdır. Əxlaqı təmiz adamdır. 25 ildə keçmiş icra başçılarının da görmədiyi işi Rəcəb müəllim gördü. Qazaxlıların hörmətini qazanıb. Hər kəsə kömək əlini uzadır. 44 ildir Qazaxda işləyirəm. Birinci katiblər, RİH-nin başçılarından heç biri Rəcəb müəllim kimi sadə, səxavətli olmayıb. Onlar da işləyib. Ancaq Rəcəb müəllim kimi çalışan rəhbər görmədim 44 ildə. Rəcəb müəllim Qazaxa layiq rəhbərdir. Biz Rəcəb müəllimin gördüyü işlərdən razıyıq, onun iş prinsipini alqışlayırıq. Rəcəb müəllimi 55 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona uzun ömür, möhkəm cansağlığı, Qazaxın daha da abadlaşması yolunda uğurlar arzulayırıq! Həkim Ramiz Mansurov: İşlədiyim 39 ildə 12 icra başçısı ilə işləmişəm. Mən hər yerdə, böyük məmnuniyyətlə deyirəm ki, bu günə qədər Qazax rayonlararası psixiatriya xəstəxanasında həm ərzaq təminatı barədə, həm təmir işlərində Rəcəb müəllimin dövründə görülən işlər heç vaxt görülməyib. O, təkcə xəstəxanaya qayğı göstərmir, o, eyni zamanda rayona böyük diqqət və qayğı göstərir. Məni tanıyanlar yaxşı bilir ki, indiyənə kimi heç bir icra başçısı haqqında xoş söz, tərif söyləməmişəm. Gərək dediklərim içdən gəlsin. Boğazdan yuxarı sözləri qəti xoşlamıram. Bu gün Rəcəb müəllim haqqında dediyim fikirlər içdən gəlir. Ürəkdən söyləyirəm. Bundan əvvəlki illərlə indiki vaxt müqayisə olunası deyil. Qazax çox inkişaf edib. Qazaxın inkişafında misilsiz xidmətləri olan Rəcəb müəllimi 55 illik yubileyi münasibətilə təbrik edirəm. Rəcəb müəllimə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Hər zaman biz qazaxlılarla bir yerdə, bir məkanda olmağını arzulayıram. P.S. Rəcəb müəllim neçə-neçə işsiz insanları dinləyib, onların işlə təmin olunmasına köməklik edib. Rəcəb müəllim o zaman sevinir ki, rəhbərlik etdiyi rayonun sakinləri firavan, rahat yaşasınlar. Bu yolda Rəcəb müəllimə uğurlar arzulayırıq! Hörmətlə, Səbinə YUSİF
Geri qayıt |