Əsas Səhifə > Manşet / Rəsmi > Litvadan olan nümayəndə heyəti Qazaxda olub
Litvadan olan nümayəndə heyəti Qazaxda olub24-11-2016, 20:30 |
![]() Litvadan olan nümayəndə heyəti Qazax rayonunda olub. ![]() Qonaqlar Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül-çiçək dəstələri qoyublar. Nümayəndə heyətinin Qazax rayon icra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovla keçirdiyi görüşdə qarşılıqlı əməkdaşlığın yolları müzakirə edilib. ![]() Görüşdə Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas, Litva Bələdiyyələr İttifaqının vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginiyus Komskis, Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lausiene və Trakay şəhər bələdiyyəsinin deputatı Yelena Yosioniene iştirak ediblər. ![]() Sonra nümayəndə heyəti Qazax Tarix Diyarşünaslıq Muzeyində rayonun tarixi ilə ətraflı tanış olub. ![]() Milli Məclisin deputatı, Azərbaycan-Litva parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Nəbizadə görüşdə iştirak edib. ![]() Elçin İSMAYIL Geri qayıt |