Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda səhiyyə müəssisələrində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib

Qazaxda səhiyyə müəssisələrində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib


1-09-2018, 17:06

 

İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri və səhiyyə sahəsi dayanır. Bu gün ölkəmizdə diqqət və qayğı göstərilən sahələrdən biri də səhiyyə sahəsidir. Bunu istər respublikanın böyük şəhərlərində, istərsə də ən ucqar bölgələrdə rayon sakinlərinin müasir standartlara cavab verən səhiyyə ocağında müalicə və müayinə olunması, tibb sisteminin təkmilləşməsi sahəsində görülən məqsədyönlü işlərdən də aydın şəkildə görmək olar. Bu göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində səhiyyə sahəsində əhaliyə göstərilən yüksək xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da səhiyyə sahəsində məqsədyönlü işlər görülür. 2,6 hektar sahədə inşa olunan və 10 korpusdan ibarət olacaq 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binasının tikintisi də bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir.

Rayonda səhiyyə sahəsində sakinlərə göstərilən xidmət, bütün səhiyyə ocaqlarında yaradılan şərait də daim diqqət mərkəzində saxlanılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrində payız-qış mövsümünə hazırlıq müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində qazanılan uğurlardan danışıb, Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Rayon rəhbəri Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisini bu sahədə çalışan işçilərə, eləcə də düşmənlə sərhəddə yerləşən rayon sakinlərinə göstərilən diqqətin ən bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonra icra başçısı rayonda fəaliyyət göstərən bütün səhiyyə müəssisələrinin mövcud vəziyyətindən, sakinlərə göstərilən tibbi xidmətdən söz açıb. Qarşıdan payız-qış mövsümünün gəlməsini bildirən rayon rəhbəri bu sahədə hər bir müəssisədə görülən işlərlə maraqlanıb. Bütün səhiyyə ocaqlarında istilik sisteminin tam şəkildə təmin olunması, yarana biləcək hər hansı bir problemin qarşısının öncədən alınması barədə tapşırıq və tövsiyələrini verib.


Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova, Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi Ramiz Mansurov çıxış edərək səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə icra başçısına bu sahədə çalışan bütün kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. 

GOYEZEN.AZ


Geri qayıt