Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb


31-08-2018, 15:30


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bir ənənə şəklini alıb. Məhz bunun nəticəsidir ki, hər bir vətəndaş yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Ona görə də vətəndaşlar ürəklə onları narahat edən məsələləri icra aparatına bildirirlər.

Rayon rəhbərinin bu gün qəbul zamanı müraciət etmiş Ağköynək kənd sakini Musayeva Minə Namaz qızının istəyini nəzərə alaraq vətəndaşın evində olması, müraciətini dinləməsi bunun bariz nümunəsidir.

Yaşlı ananın evinin dam örtüyünün təmiri ilə bağlı müraciətini diqqətlə dinləyən icra başçısı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq verib.

Vətəndaş onun istəyini nəzərə alıb evinə gəlməsini, müraciətinə dərhal münasibət bildirməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.





GOYEZEN.AZ


Geri qayıt