Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda büdcə təşkilatlarının vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarəti artırmaq məqsədilə idarə, müəssisə, o cümlədən xidmət sahələrində işin düzgün qurulması ilə bağlı müşavirə keçirilib
Qazaxda büdcə təşkilatlarının vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarəti artırmaq məqsədilə idarə, müəssisə, o cümlədən xidmət sahələrində işin düzgün qurulması ilə bağlı müşavirə keçirilib29-08-2018, 21:38 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətində büdcə təşkilatlarının vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarəti artırmaq məqsədilə idarə, müəssisə, o cümlədən xidmət sahələrində işin düzgün qurulması ilə bağlı müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİHB Aparatının məsul işçiləri, dövlət büdcəsindən maliyyələşən təşkilatların, təsərrüfat hesabına maliyyələşən təşkilatların, qeyri-dövlət müəssisələrinin rəhbərləri, RİHB Aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Respublika Prezidenti İlham Əliyevin Sərəncamlarına, tapşırıq və tövsiyələrinə əsasən respublikanın bütün bölgələrində yeni iş yerlərinin açılmasından, sosial obyektlərin, sahibkarlıq müəssisələrinin yaradılmasından söz açıb. Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da əhalinin məşğulluğunun təmin olunması istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib.
Geniş və ətraflı müzakirə şəraitində keçən müşavirədə büdcədən maliyyələşən təşkilatlarla xidmət təşkilatları arasında bağlanmış müqavilələrə yenidən baxılmasından söz açılıb. Bağlanmış hər bir müqavilənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax rayonu üzrə Maliyyə İdarəsi tərəfindən razılaşdırılması qeyd olunub. Ölkə iqtisadiyyatının inkişafı və dövlət büdcəsinin düzgün qaydada tənzimlənməsi, sərf olunması üçün hər bir idarə, müəssisə və təşkilatda büdcədə nəzərdə tutulan vəsaitdən (limitdən) artıq xərcə yol verilməməsi kimi məsələlər müzakirə edilib. Hər bir xidmət sahəsinin istər vətəndaşa, istərsə də digər təşkilatlara təqdim etdiyi xidmətlərə uyğun olaraq yüksək səviyyədə xidmət göstərməli olduğu bildirilib. Bundan əlavə, bütün xidmət təşkilatları arasında rüblük üzrə üzləşmə Aktının tərtib olunması və bu sahənin daim diqqət mərkəzində saxlanılması vurğulanıb. Qazax rayonu üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev çıxış edərək müşavirədə qeyd olunan məsələlər və digər sənədləşmələr haqqında məlumat verib, hər bir idarə, müəssisə və təşkilat rəhbərinin bu məsələlərə diqqətlə yanaşmalarını qeyd edib.
GOYEZEN.AZ Geri qayıt |