Əsas Səhifə > Manşet / Rəsmi > Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə görüş keçirilib
Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə görüş keçirilib28-08-2018, 21:00 |
Bu gün 20 faizdən çox torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanda ilk vaxtdan başlayaraq dövlət öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşmış, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində görüşlər keçirmişdir. Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuşdur. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı da bu sahədə görülən məqədyönlü tədbirlərdən biridir. Həmin sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır. Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi kəndləri düşmən tapdağı altında olan Qazax rayonunun sakinləri də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Bu gün rayonun 5 kəndi daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib. Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunublar. Rayonun Qazaxbəyli kəndində həmin 304 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib. Rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir daha sübut edir. Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələrinin yaşayış şəraiti və onlara göstərilən qayğı ilə maraqlanıb. Rayon rəhbəri görüşdə çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri dinləmək, həlli istiqamətində tapşırıqlar verməkdir. İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Bu qayğı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır. Qəsəbədə məskunlaşan sakinlər rayon rəhbərliyini səmimi hisslərlə qarşılayıb, dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar. Aşağı Əskipara kənd sakini Rasim Süleymanov, Bağanıs Ayrım kənd sakinləri Zərbəçi Xasayev, ağsaqqal Şəmil Adıgözəlov ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qaz, işıq, su və digər sosial təminatımız tam həll olunub. Qəsəbədə fəaliyyət göstərən tibb məntəqəsində çalışan işçilər və dərman təminatı ilə bağlı müraciətimiz də rayon rəhbərliyi tərəfindən öz müsbət həllini tapdı. İşğal altında olan kəndlərimizin dondurulmuş işçi yerləri rayon rəhbərinin qayğısı sayəsində bərpa olundu və həmin işçilər bu gün qəsəbədəki tibb məntəqəsində çalışacaqlar. Biz məcburi köçkünlərə yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir. Bu, biz məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda olması deməkdir. Dövlətimiz tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Sonra rayon rəhbəri yeni qəsəbədə yaradılmış körpələr evi-uşaq bağçasına baş çəkib, körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıb. Bağça müdiri Şəfiqə Mustafayeva rayon rəhbərinə bildirib ki, istər ərzaq təminatında, istərsə də uşaqların tibbi müayinədən keçməsində heç bir problem yoxdur. Bağça vaxtlı-vaxtında ərzaqla təmin olunur və uşaqların müayinəsi həyata keçirilir. Rayon rəhbəri tibb məntəqəsində yaradılan şəraitlə də tanış olub. Burada çalışan tibb işçiləri ölkə başçısının məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışaraq minnətdarlıqlarını bildiriblər. İşğal altında olan kəndlərdəki dondurulmuş iş yerlərinin bərpa olunmasına və yenidən işə təhkim olunduqlarına görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Daha sonra icra başçısı sakinlərin qayğıları ilə maraqlanıb, onlar tərəfindən səsləndirilən bəzi məsələlərlə bağlı yerində baxış keçirib. Sakinlərdən Məhərrəm Xəlilovun, Ramin Poladovun, Səməngül Nəsibovanın müraciətləri ilə əlaqədar həlli istiqamətində konkret tapşırıqlar verib.
GOYEZEN.AZ Geri qayıt |