Əsas Səhifə > Manşet / Sosial > İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb
İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb27-08-2018, 21:30 |
Genişmiqyaslı abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda uşaq bağçalarının əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bütün sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün çoxsaylı bağçaların təmir olunması üçün tapşırıq verməsi də bunun əyani sübutudur. Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncama uyğun olaraq rayonda bu sahədə təqdirəlayiq işlər görülür. Son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir. Sevindirici hal isə odur ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur. Uşaqların gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi ilə yanaşı, kəndlərimizdə də uğurla davam etdirilir. Xəbər verdiyimiz kimi, rayonda əsaslı şəkildə təmir olunaraq yenidən qurulan bağçalardan biri də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasıdır. Dünən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin bağçada olaraq yerində baxış keçirmişdi. Rayon rəhbərinə məlumat verilmişdi ki, bağça binası istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq ucbatından bina olduqca yararsız hala düşüb və əsaslı təmirə ehtiyac var. Bağça binasında yaranmış vəziyyətlə yerində tanış olan icra başçısı bu bağçanın da əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Bu gün isə artıq bağçanın əsaslı şəkildə təmir olunmasına başlanılıb. Rayon rəhbəri görülən işlərlə tanış olmaq üçün yenidən bağçada olub və mövcud vəziyyəti öyrənib. Bildirilib ki, bağça binası boşaldılıb. Bundan başqa, əlavə tikiləcək qrup otaqlarının bünövrə hissəsi qazılıb. Sabahdan beton töküləcək və digər söküntü işlərinə başlanılacaq.
GOYEZEN.AZ Geri qayıt |