Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş fərdi şəkildə qəbul edilib
Vətəndaş fərdi şəkildə qəbul edilib25-08-2018, 19:03 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünən qəbul zamanı müraciət etmiş Barxudarlı kənd sakini, məcburi köçkün Qəfərov Oktay Qəfər oğlunu fərdi şəkildə qəbul edib, onu narahat edən məsələni dinləyib. Vətəndaşın Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə mərhum anasının adına verilmiş evlə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri məsələnin araşdırılmasını və qanunamüvafiq qaydada köməklik göstərilməsini bildirib. GOYEZEN.AZ
Geri qayıt |