Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


24-08-2018, 19:21

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, vətəndaşları narahat edən məsələləri dinləyib.

Daş Salahlı kənd sakini Novruzov Neymət Qəni oğlunun həyətyanı torpaq sahəsi ilə təmin olunması barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa qanunamüvafiq qaydada aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsini bildirib.

Şəhər sakini Həsənov Nazim Rza oğlunun veteranlıq statusunun verilməsinə köməklik edilməsi ilə bağlı müraciətinə cavab olaraq rəsmi qaydada ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Daş Salahlı kənd sakini Allahquluyeva Natiqə Tofiq qızının işlə təmin olunması barədə müraciətini dinləyən icra başçısı vətəndaşa ixtisasına uyğun imtahan verməsini, eyni zamanda, sənədlərini təqdim etməsini bildirib.

Daş Salahlı kənd sakini, gənc şair Qasımov Elmar Sahib oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.


Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib

GOYEZEN.AZ


Geri qayıt