Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub

İcra başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub

24-08-2018, 17:51
İcra başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, artıq 2 ildir ki, Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması uğurla davam edir. Ölkə başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur.

Sevindirici hal odur ki, çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilib. Nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.

Təmir işlərinin sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları təmiri başa çatan binalar sırasındadır. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə aparılması rayon sakinlərinin də ürəyincədir və buna görə razılıq edirlər.

Şəhərdə daha 5 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında demək olar ki, işlər sürətlə davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan həmin çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.

İcra başçısı əvvəlcə prospektdə yerləşən binalarda görülən işlərlə yaxından tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, bütün binaların bloklarında divarlarda köhnə suvaqların çapılaraq yenidən vurulması işləri həyata keçirilib. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulur. Elektrik və telefon xətləri səliqəyə salınır.

İşlərin sürətlə aparılmasının nəticəsidir ki, prospektdə yerləşən binalardan – 63 saylı binada 2 blokda görülən əsas işlər yekunlaşıb. 61 A və 65 saylı binalarda da işlər sürətlə davam etdirilir. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.

İşlərlə tanış olan rayon rəhbəri hər 3 binanın həyətinə asfalt vurulması və səliqə-sahman yaradılmasını tapşırıb.

Sonra icra başçısı “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında görülən işlərlə tanış olub.

4 saylı binada aparılan təmir işləri barədə rayon rəhbərinə bildirilib ki, bu binada dam örtüyünün vurulması işi demək olar ki, yekunlaşmaq üzrədir. Bloklarda da əsas işlər başa çatıb, elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda divarlara üzlük vurulur. Eyni zamanda, bu binada 2 blok demək olar ki, hazırdır. 3-cü blokda isə işlər yekunlaşmaq üzrədir.

5 saylı binada görülən işlərlə tanış olan zaman icra başçısına məlumat verilib ki, bu binada 3 blok tam hazırdır. Bir blokda isə işlər sürətlə davam etdirilir. Bundan əlavə, yaxın vaxtda binanın dam örtüyünün dəyişdirilməsinə başlanılacaqdır.

Hər iki binada görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri bu binaların da həyətinə asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmsını bildirərək tapşırıq və tövsiyələrini verib.

Hər iki ərazidə yaşayan bina sakinləri respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən bəri təmir aparılmayan çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

GOYEZEN.AZ

Geri qayıt