Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciəti həll olunub
Vətəndaşların müraciəti həll olunub14-08-2018, 16:55 |
Qazax rayonunda vətəndaş amili hər zaman ön planda tutulur. Hər bir sakin tərəfindən qaldırılan məsələyə diqqətlə yanaşılır. Onları narahat edən qayğılar yerindəcə araşdırılır və həll olunması üçün konkret işlər görülür. Xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev ötən həftə qəbul zamanı müraciət etmiş şəhər sakinləri – Tamara Şaqumova, Mehriban Əhmədova, Zəminə Məzəmova, Şahlıq Mustafayeva və Afaq Hüseynovanın xahişini nəzərə alaraq vətəndaşların qaldırdıqları məsələlərlə bağlı yerində baxış keçirmişdi. Heydər Əliyev prospektində ikimərtəbəli, 8 ailəlik binada olan mövcud vəziyyətlə maraqlanaraq həlli istiqamətində tapşırıq vermişdi. Sakinləri narahat edən qayğıları diqqətlə dinləyən müavin binanın həyətinin xırlanması, qaz xəttinin səliqəyə salınması və rənglənməsi, eləcə də binanın prospektə baxan hissəsində vətəndaşların istəyinə uyğun olaraq taxta məhəcərlərin qoyulmasını bildirmişdi. Bu gün müavin M.Alıyev görülən işlərlə tanış olub. Sakinlər onların müraciətlərinə belə operativ şəkildə baxılmasına və qaldırılan məsələlərin həll olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Geri qayıt |