Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


6-08-2018, 17:01
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, vətəndaşları narahat edən məsələləri dinləyib.

Kosalar kənd sakini Yusifzadə Sevər Qoca qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq dövlət qulluğuna imtahan verməsi tövsiyə edilib.

Şəhər sakini Bayramova Səriyyə Əli qızının su və kanalizasiya xəttinin çəkilməsi ilə müraciəti diqqətlə dinlənildikdən sonra vətəndaşa rayonda yeni su və kanalizasiya sistemi çəkilən zaman yaşadığı ərazidə bu problemin də həll olunacağı bildirilib.

Bağanıs Ayrım kənd sakini Adıgözəlova Aybəniz Hayqaz qızının, Quşçu Ayrım kənd sakini Məmmədov Paşa Məmməd oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt