Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


30-07-2018, 21:58
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Bir qrup Ağköynək kənd sakini kənd qəbiristanlığında yaranmış bəzi mövcud vəziyyətlə bağlı rayon rəhbərinə müraciət ediblər. Sakinlər adından danışan təqaüdçü Arif Musayev qaldırılan məsələ, eləcə də kənddəki S.Vurğun bağının qaydaya salınması və zibil daşınması zamanı yaranmış narahatçılıq barədə məlumat verib. Vətəndaşın qaldırdığı məsələləri diqqətlə dinləyən rayon rəhbəri yerində baxış keçiriləcəyini bildirib və hər bir məsələ ilə bağlı aidiyyəti təşkilat rəhbərinə tapşırıq verib.

Şəhər sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Elşən Vidadi oğlu Əhmədovun oğlunun, Bəkirli Elmar Eldar oğlunun işlə təmin olunmaları barədə müraciətinə cavab olaraq dövlət qulluğuna imtahanda iştirak etmələri tövsiyə edilib.

Ağköynək kənd sakini Əhmədov Rizvan Dilənçi oğlunun, şəhər sakini Süleymanov İlyas Cavad oğlunun evlə təmin olunmaları barədə müraciətlərini dinləyən rayon rəhbəri vətəndaşlara hazırda boş yer olmadığını və yaxın zamanda xəstəxana binaları boşalan zaman baxılacağını bildirib.

Yuxarı Əskipara kənd sakinlərindən II qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün Hüseynov Rafiq Cəlal oğlu və Musayev Behbud Ənvər oğlunun torpaqla təmin olunmaları barədə müraciətlərinə cavab olaraq vətəndaşlara rəsmi qaydada məktub verilməsi tapşırılıb.

Şəhər sakini, şəhid anası Əhmədova Validə Adil qızının elektrik sayğacında olan problemlə bağlı müraciətinə cavab olaraq qeyd olunan məsələnin araşdırılması və rəsmi qaydada aidiyyəti təşkilata məktub göndərilməsi bildirilib.

Şəhər sakinləri Həsənova Reyhan Sədri qızının, II qrup hərbçi əlil Qurbanov Fərid Qurban oğlunun, Ağköynək kənd sakinləri Əzizova Sevil İsgəndər qızının, Əzimova Könül Mahmud qızının müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt