Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib

Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib

30-07-2018, 19:48
Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, Bakı şəhərindən gələn onaqlar, KİV nümayəndələri iştirak edib.
Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qonaqları salamlayıb, keçirilən sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu gün respublikamızda bütün sahələr kimi, mədəniyyət sahəsinə də diqqət və qayğı göstərilir. Mədəniyyətimizin bir qolu olan rəssamlıq sahəsinə də xüsusi qayğı ilə yanaşılır. Rəssamlıq sənəti ilə məşğul olan insanların, xüsusilə də gənclərin bu sahəyə olan marağını artırmaq və istedadlarını inkişaf etdirmək üçün onlara hərtərəfli dəstək göstərilir. Bu dəstəyin nəticəsidir ki, bu gün Qazaxda yüksək səviyyəli sərgilər keçirilir, tədbirlər təşkil olunur. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şair Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinin adını daşıyan səyyar sərginin təşkil olunması bunu bir daha sübut edir.

İcra Başçısı mədəniyyəti xalqın böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyevin başladığı işlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Müasir incəsənət mərkəzlərinin, mədəniyyət ocaqlarının yaradılmasını bu inkişafın yüksək təzahürü kimi qiymətləndirib.
Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib
Gənc rəssam Akif Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Sərginin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova qonaqlar və sərgi iştirakçıları, gənc rəssamlar, xüsusilə də qalereyanın dərnək üzvləri adından dərin minnətdarlığını bildirib.
Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib
“Yarat” Müasir İncəsənət Məkanının kuratoru Anna Fech çıxış edərək sərginin təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və əməyi keçən insanlara minnətdarlığını bildirib. Sonra geniş məruzə ilə çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (“Third Paradise”) nəzəriyyəsini müzakirə etməklə, “Chito de Larte” Fondazione Pistoletto Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
Qazaxda“ Yenə o bağ olaydı” adlı səyyar sərgi keçirilib
Sərgi, Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək, onların öz daxili “mənini”, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Bu səyahət, ziyarətçini “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Həmin simvol “Qazax qatlaması” şirniyyatından hazırlanıb.

Ağstafa Regional Mədəniyyət və Turzim İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəlli çıxış edərək gənc rəssamların dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra Azərbaycan rəssamlarının İtalyanın “Chito de Larte” Yaradıcılıq Mərkəzi və “Yarat” Müasir İncəsənət Məkanının birgə dəstəyi ilə ərsəyə gətirdikləri əsərlərdən ibarət “Üçüncü Cənnət” adlı sərgiyə baxılıb. Sərgidə gənc rəssam Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmməova, Vüsalə Ağarazıyeva və Leyli Qafarovanın əsərləri sərgilənib.

Sərgidə Yarat Müasir İncəsənət Məkanında layihə meneceri Xurşid Mehtiyeva, məkanın təhsil şöbəsinin müdiri Səyyarə Hüseynli də iştirak ediblər.

GOYEZEN.AZ

Geri qayıt