Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub

YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub

25-07-2018, 14:00
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Yubiley tədbirində partiya fəalları, şura üzvləri, gənclər təşkilatı və qadınlar şurası, idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, mətbuat nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ulu öndərin adını daşıyan mərkəzdə həyat və fəaliyyəti ilə tanış olub, ölkəmizin çiçəklənməsi naminə göstərdiyi misilsiz xidmətlərə bir daha nəzər salıblar.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Sonra tədbir şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarətlə davam etdirilib. İştirakçılar Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın xatirəsini yad edərək memorial önünüə gül dəstələri qoyublar.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Daha sonra Mədəniyyət Mərkəzinin böyük zalında davam etdirilən yubiley tədbirini YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib və səmimi arzularını çatdırıb.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Yubiley tədbirində YAP Qazax rayon təşkilatının yaradılmasında xidməti olmuş və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi də bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. 25 ildən artıqdır ki, partiyamız fəaliyyət göstərir. Tarixi uğurlara imza atır. Müstəqil Azərbaycan dövlətinin inkişafı naminə misilsiz işlər görür.

Yubileyi qeyd edilən partiya təşkilatının yaranma tarixindən danışan natiq qeyd edib ki, 1993-cü il iyul ayının 24-də Qazaxda YAP rayon təşkilatının təsis konfransı keçirilmişdir. Həmin gündən başlayaraq təşkilat çətin və eyni zamanda şərəfli bir yol keçmişdir. Partiya müasir Azərbaycan tarixində öz yeri, çəkisi və siyasi gücü olan partiyadır və üzləşdiyi bütün çətinliklərdən, sınaqlardan həmişə üzü ağ çıxmışdır. Ölkəmiz özünün dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il noyabrın 21-də yaradılmışdır. Həmin illər Azərbaycanın ən ağır və məsuliyyətli dövrü idi. O dövr sovet erasının başa çatması ilə nəticələnən xalq hərəkatı partiyalaşma üçün ideal zəmin hazırlayırdı. 1989-cu ildən etibarən başlanan intensiv partiyalaşma Azərbaycanda xüsusi sürətlə gedirdi. Bunun əsas səbəbi isə o idi ki, bir tərəfdən kommunist partiyasının siyasi nüfuzu sürətlə azaldıqca yeni partiyalar yaratmaq vacib çıxış yolu kimi qiymətləndirilirdi. İkinci bir tərəfdən yeni partiyaların özləri də dayanıqlı, monolit və güclü olmadıqları üçün onlar az sonra xırdalanırdı. 1992-ci ilin payızına doğru ölkədə total böhran özünü açıq aşkar göstərirdi. Hərbi məğlubiyyətlər, siyasi çəkişmələr, cinayətkarlıq halları Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına qoymuşdu. Belə bir halda ölkənin mütərəqqi fikirli ziyalıları 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə müraciət etdilər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi, Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, Azərbaycanın yeni dövrü başlandı. Ölkədə hərc-mərcliyin baş alıb getdiyi belə bir zamanda xalqın yekdil tələbi ilə 1993-cü ilin iyun ayında ulu öndər Bakıya gəldi. Bu gəliş xalqımızı son dərəcə ruhlandırdı. Onlar sabaha ümidlə, böyük arzularla baxmağa başladılar. Xalqın istəyi ilə həmin gün qurtuluş günü kimi tarixmizin səhifələrinə qızıl hərflərlə həkk olundu. Ümummilli lider Bakıya gəlməklə bir çox faciə və bəlaların, xüsusilə vətəndaş müharibəsinin qarşısını aldı. Milli vətənpərvərlik qüvvələrini öz ətrafında birləşdirən partiyamızın qurucusunun hakimiyyətə gəlməsi ilə YAP iqtidar partiyası oldu. Sonrakı parlament seçkiləri də YAP-ın hakim partiyaya çevrilməsini təmin etdi. Ötən illər ərzində YAP iqtidar partiyası olmaqla ölkəmizin inkişaf etmiş sivil ölkələr sırasına çıxmasına və regionun aparıcı ölkəsinə çevrilməsinə nail olmuşdur.

Ulu öndərin 1993-cü ildə hakimiyyətə gəlişindən bir neçə ay sonra 1994-cü ilin may ayında Ermənistan Azərbaycan-Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olundu. Aparılan düzgün xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı, ölkəmiz bir çox beynəlxalq təşkilatların üzvü oldu. Bir sözlə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, demokratik, sivil bir ölkəyə çevrilməsinin uğurlu inkişafı ulu öndərin, partiyamızın yaradıcısı Heydər Əliyevin adı ilə bağlıdır. Onun ölkəmizin gələcək inkişafı üçün yaratdığı strategiya ilə və YAP-ın sədri, Respublika Prezidenti İlham Əliyevin bu strategiyanın uğurla həyata keçirilməsi ilə dövlət müstəqilliyimiz daha da möhkəmlənir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.

YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses Qazax rayonunda da öz həllini tapdı. Partiyanın rayon təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar, rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində yaşayan Heydər Əliyevçilərin Yeni Azərbaycan Partiyası ətraflarında birləşdirilməsinə başlanıldı.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Həmin dövrdə hakimiyyət qüvvələri partiyanın rayon təşkilatının yaradılmasına mane olmağa çalışır və təzyiqlər göstərirdilər. Məhz bunun nəticəsi idi ki, 1993-cü ilin mart ayından fəaliyyətə başlayan rayon təşkilatının konfransını ulu öndər hakimiyyətə gələnə kimi keçirə bilmədik. YAP Qazax rayon təşkilatının təsis konfransını ümummilli lider hakimiyyətə gəldikdən sonra 1993-cü il iyul ayının 24-də keçirmək mümkün oldu. Qeyd etmək istəyirəm ki, AXCP müsavat hakimiyyəti dövründə təsis konfransının keçirilməsinə maneçilik törətmiş olsalar da, rayon təşkilatının formalaşmasının qarşısını ala bilməmişdilər. Rayon təşkilatının təəssübkeşləri təşkilatın formalaşması və təşkilatlanması üçün mütəmadi olaraq iclaslar keçirir, təəssübkeşlərini artırır, rayonda və respublikada gedən proseslərə öz münasibətlərini bildirirdilər. Həmin dövrdə Azərbaycanı düşdüyü bəladan yalnız Heydər Əliyevin qurtara biləcəyi rayonumuzda təbliğ olunurdu. Nəhayət, 1993-cü il iyul ayının 24-də YAP Qazax rayon təşkilatı 124 nəfər təəssübkeşinin iştirakı ilə öz təsis konfransını keçirdi. Bundan sonra rayon təşkilatında təşkilatlanma işləri daha da sürətləndi, partiya üzvlərimizin sayı artmağa başladı. YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat oldu. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğrultmağa başladı. YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bildi, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bildi.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Bu gün partiya ulu öndərin siyasi xəttini inamla və dönmədən həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, o zamandan bəri ölkədə keçirilmiş bütün seçkilərdə YAP və onun lideri qalib gəlib. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 721 mindən artıq üzvü birləşdirən YAP ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.

Bu baxımdan YAP Qazax rayon təşkilatı təsis olunduğu gündən hal-hazıra kimi Heydər Əliyev ideyalarını daim əzmlə həyata keçirir. YAP Qazax rayon təşkilatının bu gün 9503 nəfər üzvü vardır. Onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. 2018-ci ilin altı ayında 1522 nəfər YAP sıralarına qəbul edilmişdir. Partiya sıralarına qəbul məsələsi daim gündəmdədir. Rayon təşkilatı həmişə partiyamızın qarşıya qoyduğu tapşırıqların həyata keçirilməsi, seçkilərdə daha fəal iştirak edərək partiyamızın qələbəsinin təmin edilməsi, iqtidarın ölkəmizin idarə edilməsindəki uğurlarının rayon sakinlərinə çatdırılması istiqamətində işlərini günün tələbi səviyyəsində qurmuşdur. Ötən Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsvermələrində qazanılan qələbələr, ölkəmizin və xalqımızın həyatında əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasının, onun yaradıcısı Heydər Əliyevin ideyalarının əzmlə həyata keçirilməsinin nəticəsidir.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə partiya üzvlərini, fəallarını, bütün qazaxlıları səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.

İcra Başçısı qeyd edib ki, bu gün ölkəmizdə qazanılan hər bir uğur ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən azad etdi və Azərbaycanı yenidən həyata qaytardı. Bununla da Azərbaycanın uğurlu gələcəyinin təməli qoyuldu. Onun qayıdışı ilə geniş qüvvəyə, sosial bazaya, ölkəmizin siyasi mühitində özünəməxsus rola və potensiala malik olan bir partiya - Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi. İlk gündən bu partiyanın əsas məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, demokratik, hüquqi dövlət, ictimai həmrəylik, sabit və sosial iqtisadiyyat yaratmaqdan, demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarət oldu. YAP-ın gücü, qüdrəti onun yaradıcısı ilə birlikdə xalqa bağlı olmasında, ümumi mənafeyə xidmət etməsində təzahür etdi.
YAP Qazax rayon təşkilatının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunub
Rayon rəhbəri bildirib ki, bu gün ümummilli liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılır. Ölkə Başçısının qayğısı, diqqəti sayəsində bütün bölgələrdə yeni tibb ocaqları, məktəblər, mədəniyyət müəssisələri, sosial obyektlər inşa edilir, respublika əhəmiyyətli böyük sənaye müəssisələri tikilir, qeyri-neft sektorunun inkişafı üçün yeni layihələr həyata keçirilir, park və xiyabanlar, yollar salınır. Kənd təsərrüfatının inkişafı, yüksək keyfiyyətli məhsul istehsalının artırılması, yeni iş yerlərinin açılması, əhalinin kənd təsərrüfatı ilə daha ürəklə məşğul olması üçün perspektivli əməli tədbirlərin görülməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti Ölkə Başçısının rəhbərliyi ilə özünün intibah dövrünü yaşamaqdadır.

YAP Qazax rayon təşkilatının Şura üzvü Abbas Göyüşov, YAP Qazax rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Qazax RİHB aparatında hüquq şöbəsində məsləhətçi Səba Paşayeva, baş məsləhətçi Kənan Hüseynli, Qazax Dövlət Sosial-İqtisadi Kollecində şöbə müdiri Elvira Əfəndiyeva, tədbirdə iştirak edən qonaqlardan şair Zaməddin Ziyadoğlu, Kəmərli kənd ağsaqqallar şurasının sədri Rəhim Rəhimov çıxış edərək rayon təşkilatının yaranma tarixindən, ötən dövrlərdəki fəaliyyətindən, keçdiyi yoldan danışıb və təbriklərini çatdırıblar.

Sonra bu il partiyaya üzv olmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra YAP Qazax rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə rayon təşkilatının təsis edilməsində və təşkilatlanmasındakı xidmətlərinə, siyasi fəallığına görə fərqlənən partiya üzvləri Fəxri Fərmanlarla təltif olunublar.

Sonda yubiley tədbiri rayonda fəaliyyət göstərən incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.

Aparıcı Zəmanə Dərvişovanın YAP rayon təşkilatının ötən 25 il ərzində gördüyü işlərdən bəhs edən çıxışı alqışlarla qarşılanıb.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Göyəzən” instrumental ansamblının, “Qönçə” rəqs qrupunun, müğənni Heydər Babayevin bir-birindən şən-şux çıxışları yubiley tədbirinə bayram əhval-ruhiyəsi qatıb.

Aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Hüseyn Dərgahquluyevin, Samir Allahverdiyevin ölkəmizin tərəqqisinə, inkişafına həsr olunmuş aşıq havaları və təqdim etdiyi şeirlər tədbirə toplaşanlara əsl bayram sevinci yaşadıb.

GOYEZEN.AZ

Geri qayıt