Əsas Səhifə > Manşet / Sosial > Bağçalarda işlər yekunlaşmaq üzrədir

Bağçalarda işlər yekunlaşmaq üzrədir


24-07-2018, 20:56
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bu gün tikinti meydançasını xatırladan Qazax rayonunda digər sahələrlə yanaşı, azyaşlı körpələrə də diqqət və qayğı göstərilir, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır, bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirmək olar.

Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Sevindirici haldır ki, bağça tikintisi bu il də artan templə davam etdirilir. Belə ki, şəhər bağçaları ilə yanaşı, kəndlərdə olan bağçalar da əsaslı və cari şəkildə təmir olunur, yeni inventar və avadanlıqlarla təchiz edilir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün təmir işləri aparılan daha iki - şəhər 3 saylı körpələr evi-uşaq bağçasında və Canalı kənd uşaq bağçasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov 3 saylı bağçada yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, hazırda otaqlarda döşəməyə laminat vurulur. Bundan əlavə, rənglənmə işləri aparılır. Həyətdə həmişəyaşıl və dekorativ gül kolları əkilir.

Rayon rəhbərinə Canalı kənd uşaq bağçasında görülən işlər barədə məlumat verilərək bildirilib ki, bu bağçada da cari təmir işləri görülüb. Artıq qrup otağında təmir işləri aparılıb. Otağa yeni döşəmə vurularaq rənglənib. Həmçinin divarlarda da boya işləri görülüb. Uşaqlar üçün lazım olan bütün inventarlar alınıb. Bağçanın köhnə su-kanalizasiya xətti yenilənib. Mətbəx və sanitar qovşaqlarda, eləcə də digər otaqlarda təmir işləri aparılıb. Hazırda bağça binasının xarici fasadında rənglənmə işlərinə başlanılıb.

Hər iki bağçada görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.

Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
Bağçalarda işlər yekunlaşmaq üzrədir
GOYEZEN.AZ

Geri qayıt