Əsas Səhifə > Manşet / Mədəniyyət > Mədəniyyət işçiləri ilə görüş keçirilib

Mədəniyyət işçiləri ilə görüş keçirilib


21-07-2018, 17:00
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib.
Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkib, vəziyyətlə tanış olub. Öz tapşırıq və tövsiyələrini verib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov nazir tərəfindən qeyd olunan məsələlərlə bağlı rayonumuzda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri ilə görüş keçirib.

İcra Başçısı qəbul zamanı edilən maraqlı təkliflər, müraciətlər barədə fikirlərini bildirərək musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair müzakirələr aparıb.

Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda müasir standartlara cavab verən mədəniyyət ocaqları fəaliyyət göstərir ki, həmin müəssisələr yaradılan şərait və səliqə-sahmanı ilə həmişə seçilməlidir. Ən əsası da vətəndaşlara göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır. Bundan sonra da hər bir müəssisə və təşkilat sakinlərə göstərdiyi xidmətlərə xüsusi diqqət ayırmalı, vətəndaş amilini ön planda tutmalıdır.

Sonra “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə baş məsləhətçisi Valeh Vəliyev, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin direktoru Məhruzə Hüseynova, 1 saylı uşaq musiqi məktəbinin direktoru Gülnarə Əliyeva, 2 saylı uşaq musiqi məktəbinin direktoru Ramil Qurbanov, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov və kinoteatrın direktoru Əziz Məmmədov çıxış edərək ekskursiya edən rayon sakinlərinə, eləcə də bütün qonaqlara yüksək səviyyədə xidmət göstərildiyini bildiriblər.

Sakinlər tərəfindən ünvanlanan suallara tam dolğun məlumatlar verildiyini qeyd ediblər. Çıxış edənlər mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
Mədəniyyət işçiləri ilə görüş keçirilib
GOYEZEN.AZ

Geri qayıt