Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib


19-07-2018, 20:28
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Ermənistanla 168 km sərhəddi olan Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçmiş 285 şəhidi və 7 Milli Qəhrəmanı var.

Öz canından keçərək ən uca zirvəyə ucalmış şəhidlərin adını anmaq, əziz xatirələrini yad etmək, onların ailə üzvlərinə, yaxınlarına, doğmalarına hər zaman diqqət və qayğı ilə yanaşmaq isə hər birimizin vətəndaşlıq borcudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim xüsusi diqqət və qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.

Göstərilən qayğının daha bir nümunəsi isə bu gün yaşanıb. Nazirlər Kabinetinin 30 mart 2018-ci il tarixli, 198 s nömərli sərəncamı ilə Qazax bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri verilib. Bu gün uğrunda canından keçən oğul və qızların ailə üzvləri təmənnasız olaraq pay torpaqlarla təmin olunublar.

Bu gün şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara püşk atma yolu ilə həyətyanı torpaq sahəsi paylanılması ilə bağlı tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax RİHB aparatının məsul işçiləri, İƏD üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, rayon ağsaqqalları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ehtiyyatda olan hərbçilər, rayonda fəaliyyət göstərən jurnalistlər iştirak ediblər.
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qeyd edib ki, rəhbər təyin olunduğum ilk gündən qarşıma qoyduğum məqsədlərdən biri bu gün reallaşır. Çünki fəaliyyətə başladığım ilk gündən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları mənim üçün ən toxunulmaz insanlar olublar. Şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, onların ruhunu əziz tutmaq mənim üçün hər zaman ən müqəddəs bir vəzifə olub.

Məhz şəhidlərə olan qayğının, diqqətin nəticəsidir ki, elə ilk olaraq onların uyuduğu qəbiristanlıqları, Şəhidlər Xiyabanlarını təmir etdirmək ilk işim oldu. Rayonun Daş Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Çaylı, İkinci Şıxlı, Aslanbəyli kəndlərində Şəhidlər Xiyabanlarının təmir edilməsi, qəbiristanlıqların səliqə-sahmana salınması bu istiqamətdə atılan ilk addımlardan biri oldu. Bundan əlavə, şəhərin mərkəzində 285 nəfər şəhidin şəkli əks olunmuş qara lövhələrin vurularaq Şəhidlər Xiyabanının yenidən qurulması mənim üçün gördüyüm ən vacib işlərdən biridir.

İcra Başçısı bildirib ki, bu gün elə bir şəhid ailəsi tapılmaz ki, mən onlarla görüşməyim, qayğıları ilə maraqlanmayım. Bu gün fəaliyyətimin əsas hissəsini vətəndaş amili təşkil edir ki, onların da ən başında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dayanır.

Rayon rəhbəri qeyd edib ki, bu gün məcburi köçkün ailələri də diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan insanlara xüsusi qayğı ilə yanaşılır. Dövlət tərəfindən Qazaxbəyli kəndində məcburi köçkün ailələrinin yerləşdiyi yeni qəsəbədə daha 300 ailə üçün əlavə 8 binanın tikilməsi bu qayğının əyani sübutudur.

Sərhəd kəndlərində yaşayan sakinlərə göstərilən diqqət və qayğının ən bariz nümunəsi isə həmin kəndlərdə istinad divarlarının tikilməsidir. Hər an düşmən gülləsinə tuş gələn Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində yaşayan insanların limitlərinin yenidən bərpa olunması dövlətin və dövlət başçısı İlham Əliyevin qazaxlılara, xüsusilə də sərhəddə yaşayan sakinlərə olan qayğısının göstəricisidir.

Rayon rəhbəri bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərdiyim diqqət və qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır.
Jurnalist Sədrəddin Həsənov, II qrup Qarabağ müharibəsi veteranı Kamil Musavi, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, şəhid anası Tamella Süleymanova, şəhid atası Qurban Orucov, Silahlı Qüvvələrin “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov və başqaları çıxış edərək şəhidlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhidlərin xatirəsini hər zaman əziz tutduğuna görə öz təşəkkürlərini çatdırıblar.

Sonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçular püşk atma yolu ilə həyətyanı torpaq sahələrinə sahib olublar. Bu sevinc hissi 83 nəfərə şamil olunub.

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, istefaya və ya ehtiyata buraxılmış hərbi qulluqçulara torpaq sahələri verilib
GOYEZEN.AZ

Geri qayıt