Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşlarla görüş keçirilib
Qazaxda Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşlarla görüş keçirilib17-07-2018, 20:16 |
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün dinamik inkişaf mərhələsini yaşayır. Bu gün ölkəmizdə bütün sahələrə diqqət artırılır. Diqqət göstərilən sahələrdən biri də dövlət qulluqçularının sosial rifah halının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsidir. Bu gün 2016, 2017 və 2018-ci illərdə işlə təmin olunması ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşlarla görüş keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax rayonu üzrə vakant dövlət qulluğu vəzifələrinə dair məlumatlar müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün Azərbaycanda dövlət qulluğuna işə təyin olunmaq daha şəffaf şəkildə, sivil formada həyata keçirilir. Son dövrlər dövlət qulluğu olan idarə və müəssisələrə təyin olunan savadlı və qabiliyyətli kadrlar bu işin bariz nümunəsidir. Sonra M.Alıyev Qazax rayonu üzrə vakant dövlət qulluğu vəzifələrinə dair yerlər barədə məlumat verərək qeyd edib ki, rayonumuzda 21 dövlət qulluğuna vakant yer vardır. Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov çıxış edərək bildirib ki, hər bir təhsilli gənc dövlət tərəfindən həyata keçirilən vətəndaşların işə qəbulu ilə bağlı dövlət qulluğu proqramında yaxından iştirak etməli, öz bilik və bacarıqlarını nümayiş etdirməlidir. Bunun üçün dövlətimiz tərəfindən gənclərimizə hər cür dəstək göstərilir. Rayon Statistika İdarəsində baş məsləhətçi Eltun Axundov çıxış edərək dövlət qulluğuna hazırlaşma ilə bağlı öz tövsiyələrini bildirib və gəncləri onlar üçün yaradılmış bu fürsətdən səmərəli istifadə etməyə çağırıb. Rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı rayonumuzda yeni iş yerlərinin yaradılmasına görə Ölkə Başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra dövlət qulluğuna hazırlaşmış və iştirakçısı olmuş gənclərdən Quşçu Ayrım kənd sakini Leyla Nəbiyeva və Kosalar kənd sakini Qədir Mehdixanlı dövlət qulluğuna hazırlıqla bağlı fikirlərini bölüşərək imtahanların şəffaf və sivil qaydada keçirildiyini qeyd ediblər. Bu imtahanlarda Q.Mehdixanlı 74, L.Nəbiyeva isə 77 bal topladıqlarını söyləyiblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Məlumat üçün bildirək ki, Qazax rayonu üzrə vakant dövlət qulluğu vəzifələrinə aşağıdakı yerlər mövcuddur. GOYEZEN.AZ
Geri qayıt |