Əsas Səhifə > Manşet / Sosial > 3 saylı bağçanın tikintisi yekunlaşmaq üzrədir

3 saylı bağçanın tikintisi yekunlaşmaq üzrədir

16-07-2018, 20:17
3 saylı bağçanın tikintisi yekunlaşmaq üzrədir
Artıq 2 aydan çoxdur ki, şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış, vaxtilə təhsil şöbəsinin yerləşdiyi binada aparılan əsaslı tikinti işləri yekunlaşmaq üzrədir. Demək olar ki, işlərin əsas hissəsi görülüb və son tamamlanma işləri aparılır. Bağçada bütün işlər müasir standartlara cavab verən səviyyədə həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti başlayan ilk gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbəri bu gün də bağçada görülən son tamamlanma işləri ilə tanış olub.

İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində və xaricində demək olar ki, əsas işlər paralel şəkildə həyata keçirildiyindən işlər belə sürətlə aparılır. Binanın xarici fasadında suvaq və hamarlanma işi başa çatıb. Həyətdə hasarın bir hissəsində hörgü və suvaq işləri görülüb, eyni zamanda bu iş davam edir. Otaqlarda üzlük vurulması işi görülür. Bütün otaqlarda bu iş başa çatdıqdan sonra boyaq işlərinə başlanılacaqdır. Bundan əlavə, hasarlararası dəmir məhəcərlər qoyulur. Binanın arxasında tikilən sanitar qovşaqları, mətbəx və anbarda əsas işlər yekunlaşıb. Hazırda həyətə tamet döşənməsi işi də yekunlaşmaq üzrədir.

Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.

Məlumat üçün bildirək ki, bu gün Qazaxda 25 bağça (19-u kəndlərdə, 6-sı şəhərdə) fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz nümunəsidir.

GOYEZEN.AZ

Geri qayıt