Əsas Səhifə > Manşet / Mədəniyyət > Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır

Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır


13-07-2018, 20:30
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən diqqət və qayğı göstərdiyi sahələrdən biri də mədəniyyət sahəsidir. Qazaxda bu sahəyə olan qayğını tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsindən, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasından da aydın şəkildə görmək olar.

Bundan əlavə, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir olunması, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər rayon rəhbərinin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

İcra Başçısı Rəcəb Babaşov bu gün rayonumuzda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri ilə görüş keçirib. Rayonda mədəniyyət sahəsində vətəndaşlara, rayona gələn qonaqlara, turistlərə göstərilən xidmətlərlə maraqlanıb.

İcra Başçısı bildirib ki, Qazax rayonu Azərbaycan ədəbiyyatına, mədəniyyətinə öz adını qızıl hərflərlə yazdırıb. Tarixən qazandığı nailiyyətləri, mədəniyyət sahəsinə verdiyi töhfələri, tanınmış tarixi şəxsiyyətləri, saz-söz adamları ilə öz sözünü deyib. Ona görə də bu gün rayonda fəaliyyət göstərən bütün mədəniyyət müəssisələri istər vətəndaşlara, istərsə də rayonumuza gələn hər bir qonağa rayonun adına layiq xidmət göstərməlidir.

Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda müasir standartlara cavab verən mədəniyyət ocaqları fəaliyyət göstərir ki, həmin müəssisələr yaradılan şərait və səliqə-sahmanı ilə həmişə seçilməlidir. Ən əsası da vətəndaşlara göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.

Sonra Ağstafa Regional Mədəniyyət İdrəsinin Qazax rayonu üzrə baş məsləhətçisi Valeh Vəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, 1 saylı uşaq musiqi məktəbinin direktoru Gülnarə Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin direktoru Məhruzə Hüseynova və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək gündəlik iş fəaliyyətləri barədə məlumat veriblər. Ekskursiya edən rayon sakinlərinə, eləcə də bütün qonaqlara yüksək səviyyədə xidmət göstərildiyini bildiriblər. Sakinlər tərəfindən ünvanlanan suallara tam dolğun məlumatlar verildiyini qeyd ediblər. Çıxış edənlər mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

“Vətəndaş amili hər zaman ön planda olmalıdır” - deyən İcra Başçısı sonda bir daha öz tapşırıq və tövsiyələrini verib.

Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
Vətəndaşlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır
GOYEZEN.AZ

Geri qayıt