Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Tütün dərimi davam edir

Tütün dərimi davam edir


13-07-2018, 21:10
Tütün dərimi davam edir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasındakı mövcud vəziyyətlə ilə tanış olduqdan sonra kənddəki tütün sahəsinə də baş çəkib.

Tütünçülüyün vəziyyəti ilə tanış olan rayon rəhbərinə məlumat verilib ki, bu il Kosalar kəndində 32 hektarda tütün əkilib. Tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl etdiklərini bildiriblər.

Kənddə tütün dəriminin uğurla davam etdiyini bildirən tütünçülər dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurutduqlarını qeyd ediblər.

Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.
Tütün dərimi davam edir
Məlumat üçün bildirək ki, iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafı istiqamətində rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. 2016-cı ildə cəmi 10 hektar sahədə tütün yetişdirən rayon sakinləri ötən il bu rəqəmi 50 hektara çatdırmışlar. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

Tütün dərimi davam edir
Tütün dərimi davam edir
Tütün dərimi davam edir
GOYEZEN.AZ

Geri qayıt