Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayonu hesabat verib

Qazax rayonu hesabat verib


13-07-2018, 14:00
Qazax rayonu hesabat verib
İyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, bağça müdirləri, sahibkarlar, KİV nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq tədbirin gündəliyi barədə yığıncaq iştirakçılarına məlumat verib.
Qazax rayonu hesabat verib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş məruzə ilə çıxış edib. Bildirib ki, hesabat dövründə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı işlər görülmüş, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilmişdir.
Qazax rayonu hesabat verib
Respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilmiş və 2018-ci ilin birinci yarısında yüksək göstəricilər qazanılmışdır. Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaddaqalan tədbirlər həyata keçirilmişdir. Rayonumuzda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2018-ci ilin birinci yarısında da uğurla həyata keçirilmişdir.
Qazax rayonu hesabat verib
Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
GOYEZEN.AZ

Geri qayıt