Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda tütün yığımı davam edir
Qazaxda tütün yığımı davam edir9-07-2018, 18:01 |
Bu gün Qazax rayonunda tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsinə də böyük önəm verilir. Rayonda iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2016-cı ildə cəmi 10 hektar sahədə tütün yetişdirən rayon sakinləri ötən il bu rəqəmi 50 hektara çatdırmışlar. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün gördüyü işlər, bu sahə ilə məşğul olan kənd sakinlərinin yanında olması bu sahədə çalışan insanlarda böyük ruh yükəskliyi yaradır. Rayon rəhbərinin kənd təsəsrrüfatı ilə məşğul olan zəhmətkeşlərlə mütəmadi olaraq görüşməsi artıq bir ənənə halını alıb. İcra Başçısı bu gün də “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC tərəfindən geniş tütün sahəsi salınan Kosalar və Qazaxbəyli kəndlərinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olub, sakinlərlə görüşüb. Görülən işlər barədə rayon rəhbərinə məlumat verilib ki, bu il Kosalar kəndində 32 hektarda tütün əkilib. Tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl etdiklərini bildiriblər. Sonra İcra Başçısı təsərrüfat tərəfindən tütün sahəsi salınmış Qazaxbəyli kəndində olub. Rayon rəhbərinə məlumat verilib ki, bu il kənddə 8 hektar sahədə tütün əkilib ki, artıq tütünçülər dərimə başlayıblar. Hər iki kənddə tütün dəriminin uğula davam etdiyini bildirən tütünçülər dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurutduqlarını qeyd ediblər. Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Geri qayıt |