Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda tütün yığımına başlanılıb

Qazaxda tütün yığımına başlanılıb


2-07-2018, 21:33
Qazaxda tütün yığımına başlanılıb
Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda kənd təsərrüfatının inkişafına da önəm verilir. Rayonda iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC tərəfindən geniş tütün sahəsi salınan kəndlərdən biri də rayonun Kosalar kəndidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, bu il kənddə 32 hektarda tütün əkilib. Tütünçülər bu il keçən ilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl etdiklərini bildiriblər. Qeyd ediblər ki, tütün dəriminə start veriblər. Tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.

Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
Qazaxda tütün yığımına başlanılıb
GOYEZEN.AZ

Geri qayıt