Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli binaların təmiri uğurla davam edir

Çoxmənzilli binaların təmiri uğurla davam edir

2-07-2018, 21:38
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Bu gün Qazax rayonunda tikinti-quruculuq işlərinin əsas hissəsini çoxmənzilli binaların təmiri təşkil edir. Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur.

Çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.

Hazırda 26 çoxmənzilli yaşayış binasında təmir işləri aparılır ki, “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilmişdir.

N.Nərimanov yaşayış massivində də çoxmənzilli binalar əsaslı şəkildə təmir olunur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin binalarda görülən işlərlə yaxından tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, yaşayış massivində 21 binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub ki, 9 binada bu iş tam başa çatıb və hazırda da davam etdirilir.

11 binanın daxili və xarici fasadında suvaq işləri aparılıb. Qaz və elektrik xətləri səliqə-sahmana salınıb. Hazırda 5 binada bloklarda rənglənmə işləri yekunlaşıb. Xarici fasad hissədə rənglənməyə başlanılıb.

Rayon rəhbəri görülən işlərlə tanış olduqdan sonra öz tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ

Geri qayıt