Əsas Səhifə > Manşet / Sosial > 3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır

3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır


23-06-2018, 16:56
3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
Bu gün Qazax rayonunda 19-u kəndlərdə, 6-sı şəhərdə olmaqla, 25 bağça fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası bunun ən bariz nümunəsidir. Rayon rəhbərliyinin qayğısı sayəsində bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlər bu il də davam etdirilir. Belə ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçası və əsaslı şəkildə tikinti işləri aparılan şəhər 3 saylı körpələr evi-uşaq bağçası bu diqqətin əyani sübutudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 3 saylı bağçada körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin olduqca yararsız olduğunu nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir aydır ki, həmin binada əsaslı tikinti işləri aparılır.

İcra başçısı Rəcəb Babaşov mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur. Rayon rəhbəri bu gün də tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın dam örtüyü başdan-başa sökülüb və yeni metal örtüklə əvəzlənib. Binanın daxilində suvaq işləri yekunlaşan hissələrə üzlük vurulur. Bəzi otaqlarda suvaq vurulur, eləcə də arakəsmə hissələrdə hörgü işləri aparılır. Bundan əlavə, otaqlarda tavan altı elektrik xətti çəkilərək alçiban vurulur. Lazım olan hissələrə beton döşəmə tökülür. Otaqların bir hissəsində pəncərələr qoyulub.

İş icraçısı qeyd edib ki, binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın həyətində hörgü və xarici fasadda suvaq işləri görülür. Eyni zamanda, binanın arxasında sanitar qovşaqları tikilir, səliqə-sahman yaradılır.

İcra Başçısı təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətli və keyfiyyətli aparılması barədə tapşırıq və tövsiyələrini verib.

3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
3 saylı bağçada tikinti işləri yüksək keyfiyyətlə aparılır
GOYEZEN.AZ

Geri qayıt