Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb


20-06-2018, 23:13
Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək onların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Bu gün də rayon rəhbərliyi qəbulda müraciət edən, Aşağı Əskipara kənd sakini, şəhərin Ə.Qədirov küçəsi, döngə 1-də yaşayan Məmmədov Sübhan Rəfi oğlunun müraciətinə əsasən həmin ünvana gəlib.

Aidiyyatı xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə qeyd olunan ünvanda olaraq sakinin müraciətini dinləyib, vəziyyətlə yerində tanış olub.
Rayon rəhbərliyinə məlumat verilib ki, içməli su xəttinin yenilənməsinə böyük ehtiyac var. Vəziyyətlə yerində tanış olan rayon rəhbəri qaldırılan məsələnin həlli istiqamətində aidiyyatı təşkilatın rəhbərinə konkret tapşırıq verib.

Həmin ünvanda yaşayan sakinlərdən Gülsüm Ocaqverdiyeva, Şəfaqət Məmmədova isə dam örtüyündə yaranmış problemi bildiriblər. Sakinləri diqqətlə dinləyən İcra Başçısı mövcud vəziyyətin öyrənilməsi və qaldırılan məsələnin tez bir zamanda həll edilməsini tapşırıb.

Binanın sakinləri onların müraciətlərinə dərhal münasibət göstərdiyinə, sakinlərlə görüşə gəldiyinə və onları narahat edən məsələlərin həll olunması üçün tapşırıq verdiyinə görə İcra Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
GOYEZEN.AZ

Geri qayıt