Əsas Səhifə > Manşet / Rəsmi > “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçiriləcək tədbirin hazırlıq işləri davam edir
“Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçiriləcək tədbirin hazırlıq işləri davam edir11-06-2018, 19:16 |
Xəbər verdiyimiz kimi, iyunun 1-dən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirlərinin keçirilməsinə başlanılıb. Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında növbəti bayram tədbiri rayonumuzda keçiriləcəkdir. Xalqın öz rəhbərinə olan sonsuz sevgisini, qüdrətli ordusuna olan inamını bir daha nümayiş etdirəcək möhtəşəm tədbir gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbiri ilə əlaqədar Qazax rayonunda və eləcə də şəhərimizdə aparılan geniş hazırlıq işləri ilə tanış olmaq üçün tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında olub. Rayon rəhbərinə görülən işlər barədə məlumat verilərək bildirilib ki, şəhər bayramsayağı bəzədilib. Tədbirin keçiriləcəyi günü, vaxtı bildirən və əhəmiyyətini əks etdirən loqolar bütün şəhər ərazisinə vurulub. Rayon rəhbəri görülən işlərlə tanış olduqdan sonra tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsini bildirib, lazımi tapşırıq və tövsiyələrini verib. Məlumat üçün qeyd edək ki, bayram tədbiri 13 iyun 2018-ci il tarixdə saat 17:00-da Qazax şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında keçiriləcəkdir. Bütün rayon sakinlərini və şəhərimizin qonaqlarını bu vətənpərvərlik bayramında iştirak etməyə dəvət edirik. GOYEZEN.AZ
Geri qayıt |