Əsas Səhifə > Manşet / Sosial > Elektrod Zavodunda tikinti işləri yekunlaşıb

Elektrod Zavodunda tikinti işləri yekunlaşıb


8-06-2018, 01:12
Elektrod Zavodunda tikinti işləri yekunlaşıb
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması, bu sahənin inkişafı istiqamətində mühüm işlərin görülməsi əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardandır.

Respublikamızın bütün bölgələrində olduğu kimi, bu sahə ilə bağlı məqsədyönlü tədbirlər Qazax rayonunda da uğurla həyata keçirilir. Bunu rayonda yaradılan yeni-yeni istehsal müəssisələrinin tikilməsindən, sosial obyektlərin inşa olunmasından aydın şəkildə görmək olar.

Belə istehsal müəssisələrindən biri də Xanlıqlar kəndi ərazisində tikilən Elektrod Zavodudur. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən yeni zavodda demək olar ki, tikinti işləri yekunlaşıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə “Carçıoğlu GROUP” MMC-də olarkən bu barədə məlumat verilib.

Tikinti aparılan ilk gündən yeni inşa olunan zavodda görülən işlərlə mütəmadi olaraq yaxından tanış olan İcra Başçısına məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər tam başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.

Eyni zamanda, zavodun həyətinə tamet vurulub və abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.

Əsas işlər yekunlaşdığı üçün sabahdan zavod ərazisində və yeni inşa olunan ofis binasında təmizlik işlərinə başlanılacaqdır. Yaxın günlərdə avadanlıqlar gətirilərək quraşdırılacaqdır.

Elektrod Zavodunda tikinti işləri yekunlaşıb
Elektrod Zavodunda tikinti işləri yekunlaşıb
Elektrod Zavodunda tikinti işləri yekunlaşıb
GOYEZEN.AZ



Geri qayıt