Əsas Səhifə > Manşet / Sosial > Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Qazax rayonunda uğurla davam etdirilir

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Qazax rayonunda uğurla davam etdirilir

6-06-2018, 23:04
Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Qazax rayonunda uğurla davam etdirilir
Sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətinə çevrilmişdir. Beynəlxalq aləmdə reytinqi getdikcə artan ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” - ulu öndərin bu fikirləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur. Bu gün ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi, dövlət başçısının bu istiqamətdə imzaladığı çoxsaylı sərəncamlar nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Ölkə Başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verməsi yol infrastrukturunun artan templə inkişaf etdirilməsindən xəbər verir.

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla davam etdirilir. Bu istiqamətdə son iki il ərzində rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir.
Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Qazax rayonunda uğurla davam etdirilir
Bu proses bu gün də davam etdirilir. Yeni asfalt yolların çəkilməsi ilə yanaşı, istər şəhər, istərsə də kənd yollarında təmir işləri aparılır. Ənənə halını alan təmir-bərpa işləri bu il də həyata keçirilir. Artıq bu istiqamətdə işlərin görülməsinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri üzrə təmir və şebenlənmə işlərinə ehtiyacı olan küçələrdə mövcud vəziyyətlə bağlı yerində tanış olub.

Öncə şəhərin Çinardibi deyilən ərazisində yerləşən Babək, N.Tusi, Ş.İ.Xətai, F.Qayıbov. N.Nərimanov, A.Kəmərli küçələrində olan İcra Başçısı mövcud vəziyyəti öyrəndikdən sonra küçələrdə yaranmış çuxurlara qum, çınqıl tökülərək doldurulması, hamarlanması, əsas yolun isə əsaslı təmir olunması barədə tapşırıq verib.

Ş.İ.Xətai küçəsində yaşayan sakinlərdən Nahidə Alıcanova, Sehran Omarova rayonda həyata keçirilən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün məhlə sakinləri adından minnətdarlıqlarını bildiriblər. Küçələrinə yeni kanalizasiya xəttinin çəkilməsinə və yolun təmir olunmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Sonra rayon rəhbəri şəhər daxilində yerləşən S.Vurğun, M.Hüseyn, Azadlıq, Bakı, vaqon şəhərciyində, N.Nərimanov məcburi köçkünlər massivində, Ş.Nəsibova, M.Nəsibov, Rəsulzadə, O.Sarıvəlli, Gəncə, A.Mustafayev, X.Şirvani, Qarabağ, Azərbaycan, T.İsmayılov, Natavan. Qaçaq Kərəm, 28 May, İ.Qayıbov, M.Əsədov, Koroğlu küçələrində, dəmiryolu və Canalı yaşayış massivlərində təmirə ehtiyacı olan küçələrdə olub. Küçələrdəki yolun şebenlənməsi və qrederlə hamarlanmasını tapşırıb.

Küçələrin mövcud vəziyyəti ilə yaxından tanış olduqdan sonra İcra Başçısı işlə bağlı təhkim olunmuş aidiyyatı şəxslərin iştirakı ilə iclas keçirib. Təmir olunması nəzərdə tutulan bütün küçələrdə abadlıq işləri ilə yanaşı, küçələrin kol-kosdan, alaq otlarından təmizlənməsi və səliqə-sahman yaradılması barədə də göstəriş verib.

GOYEZEN.AZ

Geri qayıt