Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


6-06-2018, 23:37
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edir, müraciətlərini diqqətlə dinlədikdən sonra müvafiq tapşırıqlar verir.

Bu gün də rayon rəhbəri bir qrup şəhər sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Şəhər sakini Qəniyev Rauf Sabir oğlu işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərinə müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra bununla bağlı tapşırıqlar verib.

Şəhər sakini Quluyeva Cəmilə İsmandiyar qızı isə müraciətində qonşusu tərəfindən evinin tikintisinin aparılmasına maneəçilik edilməsini qeyd edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin həlli ilə bağlı yerində baxış keçiriləcəyini bildirib.

Şəhər sakini Zeynalova Nailə Səhlədar qızı oğlu Zeynalov Firuz Məhərrəm oğlunun və qızı Zeynalova Günay Məhərrəm qızının işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri müraciət edən vətəndaşın səhhətini və ailə vəziyyətini nəzərə alaraq oğlunun və qızının müvafiq işlə təmin olunmaları barədə tapşırıq verib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt