Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətlərinə yerində baxılıb

Vətəndaşların müraciətlərinə yerində baxılıb


4-06-2018, 22:55
Vətəndaşların müraciətlərinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Bu gün də rayon rəhbərliyi şəhərin Şəhidlər Xiyabanı küçəsi, 27 ünvanında yaşayan bir qrup sakinlərin müraciətinə əsasən həmin ünvana gəlib.

Aidiyyatı xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə qeyd olunan ünvanda olaraq sakinlərin müraciətlərini dinləyib, vəziyyətlə yerində tanış olub.

Binada yaşayan sakinlər müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Rayon rəhbərliyinə məlumat verilib ki, binanın daxili və xarici hissəsinin təmir, eləcə də digər məsələlərin həll olunmasına böyük ehtiyac var.

Sakinlərlə görüşən İcra Başçısı onları diqqətlə dinləyərək mövcud vəziyyəti öyrənib. Rayon rəhbərliyi görüşdə qaldırılan hər bir məsələnin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verərək binanın xarici fasadında təmir-bərpa işlərinin aparılması, səliqə-sahman yaradılması barədə göstəriş verib. Binanın özünün isə yaxın aylarda əsaslı şəkildə təmir olunacağını bildirib.

Binanın sakinləri onların müraciətlərinə dərhal münasibət göstərdiyinə, sakinlərlə görüşə gəldiyinə və onları narahat edən məsələlərin həll olunması üçün tapşırıq verdiyinə görə İcra Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb
GOYEZEN.AZ

Geri qayıt