Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


4-06-2018, 22:05
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Qazax şəhər sakini, Qarabağ müharibəsi veteranı Camalov Arif Məcid oğlu torpaq sahəsinin ayrılması ilə əlaqədar rayon rəhbərliyinə müraciət edib. Vətəndaşa torpaq sahəsinin ayrılması üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi tövsiyyə olunub.

II qrup Qarabağ müharibəsi əlili Qocayev Rəşad Rəhim oğlu ailə üzvləri ilə birgə yaşadığı mənzilin genişləndirilməsi üçün əlavə otağın tikintisinə icazə verilməsini xahiş edib. İcra başçısı tərəfindən məsələnin yerində baxılması, vətəndaşın yaşadığı binada qonşularının müsbət rəyini nəzərə alaraq qərar qəbul ediləcəyini qeyd edib.

Şəhid ailəsi, Yuxarı Əskipara kənd sakini Həsənova Tahirə Məhərrəm qızı qızının işlə təmin olunmasına köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş edib. İcra başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra şəhid ailəsi olduğunu nəzərə alaraq ona bir sıra işlər təklif edib.

Dəmirçilər kənd sakini Hadıyev Rəşid Rəhim oğlunun, Məmmədova Aytən Arif qızının, Sadıqova Narın Ənvər qızının və Omarova Tamara Mehman qızının müxtəlif mövzuda olan müraciətləri müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt