Əsas Səhifə > Manşet / Sosial > Sərhəd kəndində yeni bir həyat qaynayır
Sərhəd kəndində yeni bir həyat qaynayır23-05-2018, 00:27 |
Fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini həmişə diqqətdə saxlayan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində bütün problemlər öz müsbət həllini tapmış, həyat yeni bir axara düşmüşdür. Cəfərli kəndinə 7 km uzunluğunda asfalt yol çəkilmiş, kənd uşaq bağçasına yeni bir həyat verilmişdir. Əsaslı şəkildə təmir olunmuş uşaq bağçasında yüksək şərait yaradılmışdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev Cəfərli kənd uşaq bağçasına gələrək mövcud şəraitlə yerində tanış olublar. Məlumat verilib ki, 19 dekabr 2017-ci ildə istifadəyə verilmiş bağçada lazım olan bütün infrastrukturlar yaradılmış və ən müasir görkəmə salınmışdır. Yataq və oyun otağı, dəhliz, anbar, mətbəx, sanitar qovşağı, istilik sistemi, müdir otağı ən yüksək səviyyədədir. Bir sözlə, sərhəd kəndində böyük şəhərlərdə olan bağçalardakı kimi şərait yaradılmışdır. Bağçadakı şəraitlə tanış olduqdan sonra baramaya baxış keçirilib. Kümçülər bildiriblər ki, bu il 250 kq məhsul istehsal etməyə söz vermişik. İlk gündən səylə çalışırıq. Ümidvarıq ki, bu tapşırığı artıqlaması ilə yerinə yetirəcəyik. GOYEZEN.AZ
Geri qayıt |