Əsas Səhifə > Manşet / Rəsmi > Yuxarı Salahlı kəndində baramaçılığa və həkim məntəqəsinə baxış olub
Yuxarı Salahlı kəndində baramaçılığa və həkim məntəqəsinə baxış olub22-05-2018, 22:51 |
Qazaxda barama yetişdirilməsinə 3 ildir ki, başlanılıb. Hər il də yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə inkişaf etdirirlər. Bu sahədə çalışan zəhmət adamlarına rayon rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı göstərilir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev rayonda baramaçılığın vəziyyətini öyrənmək üçün Yuxarı Salahlı kəndində olublar. Məlumat verilib ki, bu il kümçülər 600 kq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar. Baramaqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş, tut yarpaqları ilə təmin olunmuşdur. Baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün kümçülər lazımi qulluğu göstərir, tez-tez təmizlik işləri aparır, nəzarətsiz buraxmırlar. Hər gün yarpaqlar doğranır, baramalar yemlənir, otaqlar lazımi istiliklə təmin edilir. Yemləmə prosesi tez-tez həyata keçirilir. Məqsəd baramaqurdlarından yüksək məhsul əldə etməkdir. Kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini veriblər. Sonra kənddə inşa edilən həkim məntəqəsinə baxış olub. Bildirilib ki, məntəqə Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilir. Təməlqoymadan az bir vaxt keçməsinə baxmayaraq xeyli iş görülüb. Binanın əsas hörgü işləri başa çatmaq üzrədir. Elçin İSMAYIL Geri qayıt |