Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda baramaçılığa diqqət və qayğı yüksək səviyyədədir

Qazaxda baramaçılığa diqqət və qayğı yüksək səviyyədədir

13-05-2018, 23:30
Qazaxda baramaçılığa diqqət və qayğı yüksək səviyyədədir
Azərbaycanda baramaçılığa ən vacib kənd təsərrüfatı sahələrindən biri kimi böyük önəm verilir, inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev strateji məhsul kimi baramaçılığın inkişafının vacibliyini diqqətə çatdırmış, iqtisadi baxımdan gəlirli olan bu sahənin əhəmiyyətini qeyd etmişdir.

Ölkə Başçısı tərəfindən qarşıya qoyulan bu mühüm vəzifə Qazax rayonunda uğurla həyata keçirilir. Zəhmət adamları baramaçılığın ildən-ilə daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəmirlər.

Qazaxda barama yetişdirilməsinə 3 ildir ki başlanılıb və hər il də yüksək məhsuldarlıq əldə edilir. Az bir vaxtda böyük gəlir əldə edən rayon kümçüləri bu sahəyə get-gedə daha böyük maraq göstərir, daha çox məhsul istehsal etməklə qazanclarını daha da artırmağa çalışırlar. Dövlətdən hər an dəstək alan kümçülər daha çox barama istehsal etmək üçün səylərini daha da artırırlar. Bu sahədə çalışan zəhmət adamlarına rayon rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı göstərilir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonda baramaçılığın vəziyyətini öyrənmək üçün Orta Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Çaylı, Ürkməzli kəndlərinə gedərək mövcud vəziyyətlə yerində tanış olub.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, bu il kümçülərə 130 qutu barama qurdu verilmişdir.

Baramaqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş, tut yarpaqları ilə təmin olunmuşdur. Baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün kümçülər lazımi qulluğu göstərir, tez-tez təmizlik işləri aparır, nəzarətsiz buraxmırlar. Hər gün yarpaqlar doğranır, baramalar yemlənir, otaqlar lazımi istiliklə təmin edilir. Yemləmə prosesi tez-tez həyata keçirilir. Məqsəd baramaqurdlarından yüksək məhsul əldə etməkdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Geri qayıt