Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib12-05-2018, 22:53 |
Qazax rayonunda vətəndaşların fərdi şəkildə qəbul edilməsi və müraciətlərinə baxılması artıq bir ənənə halını alıb. Bu gün də bir qrup rayon sakini ərizəsinə əsasən fərdi şəkildə qəbul edilib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Yuxarı Əskipara kənd sakini Musalı Eşqin Coşqun oğlu işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra köməklik edilməsi barədə tapşırıq verib. Qazax şəhər sakini Mustafayeva Sona Əhməd qızı hərbiçi olan oğlunun tikdirdiyi evin inşasının tamamlanması üçün köməklik göstərilməsi ilə bağlı müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra ona tikinti materialları ilə köməklik göstərilməsini tapşırıb. Şəhər sakini, hərbi təqaüdçü Haqverdiyev Səməd Bəkir oğlu ali təhsilli olan oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş edib. Vətəndaşa dövlət qulluğunda çalışmaq üçün imtahan verməsi tövsiyə olunub. Çaylı kənd sakini, II qrup əlil Əkbərov Saməddin Alhüseyn oğlu qızının işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa işləmək üçün bağçalarda vakant yer olmadğı, imkan olan zaman dəvət olunacağı bildirilib. Kosalar kənd sakini Əmirov Sərdar Səhlədar oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciəti rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ Geri qayıt |