Əsas Səhifə > Manşet / Mədəniyyət > “Qazağım mənim” adlı rəsm sərgisi keçirilib
“Qazağım mənim” adlı rəsm sərgisi keçirilib12-05-2018, 20:57 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qazağım mənim” adlı rəsm sərgisi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Xətai Sənət Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, rəssamlar, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, rayonda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib. Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq–Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 70 rəsm əsəri və 15 əl işi nümayiş olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qonaqları salamlayıb, sərgidə rəsm əsərləri və əl işləri nümayiş olunan gənc və yeniyetmələrə daha böyük uğurlar qazanmağı arzu edib. Qeyd edib ki, bu gün respublikamızda bütün sahələr kimi, mədəniyyət sahəsinə də diqqət və qayğı göstərilir. Mədəniyyətimizin bir qolu olan rəssamlıq sahəsinə də xüsusi qayğı ilə yanaşılır. Gənclərin, xüsusilə də yeniyetmə məktəblilərin rəssamlıq sənətinə marağını artırmaq, bu sahədə istedadlarını inkişaf etdirmək üçün hərtərəfli dəstəklə əhatə olunurlar. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyevin başladığı işlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Layihə rəhbəri Akif Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihənin təşkil olunmasında əsas məqsəd gənc və yeniyetmələrdə olan istedadı aşkar etmək, onlarda rəssamlıq və boyakarlıq sənətinə olan marağı artırmaqdır. Sərginin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova qonaqlar və sərgi iştirakçıları adından dərin minnətdarlığını bildirib. Sonra tədbirdə iştirak edən qonaqlardan Mədəniyyət Nazirliyinin Təsviri və Dekorativ Sənəd sektorunun müdiri Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Milena Nəbiyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Qafar Sarıvəlli, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, sərginin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, bu gün əl işləri nümayiş olunan gənclər arasından gələcəkdə tanınmış rəssamların çıxacağına əmin olduqlarını bildiriblər. Tədbirin sonunda sərgidə rəsm əsərləri və əl işləri nümayiş olunan məktəblilərə təşkilatçılar tərəfindən Diplom təqdim edilib. Qazax Dövlət Rəsm Qalereyasının işçiləri isə Təşəkkürnamə ilə təltif olunublar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidən sonra rayon uşaq kitabxanasında təşkil olunmuş nağıl otağına baxıb, uşaqların söylədikləri şeirləri dinləyib. Elçin İSMAYIL Geri qayıt |