Əsas Səhifə > Manşet / İdman > Ramiz Tağıyevin 70 illik yubileyi qeyd olunub

Ramiz Tağıyevin 70 illik yubileyi qeyd olunub

11-05-2018, 00:14
Ramiz Tağıyevin 70 illik yubileyi qeyd olunub
Bu gün Qazaxda SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən işçisi, Ali kateqoriyalı məşqçi-müəllim, Əməkdar məşqçi, Fəxri idman xadimi Ramiz Tağıyevin anadan olmasının 70 illiyi qeyd olunub. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində yubiley tədbiri keçirilib.

Tədbirdə veteran idmançılar, məşqçi-müəllimlər, yaxınları, mətbuat nümayəndələri iştirak edib.
Ramiz Tağıyevin 70 illik yubileyi qeyd olunub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yubilyarı səmimi qəlbdən təbrik edib, ona ən xoş arzularını bildirib. Qeyd edib ki, hər bir xalqın dünya miqyasında tanınmasında idmançılarının əməyi danılmazdır. Tarix boyu adlı-sanlı idmançılar yetirmiş Qazax rayonu adını ölkəmizin idman tarixinə yazmış idmançıları ilə fəxr edir. Qazaxda güləşdən söz düşərkən ilk ağıla gələn Ramiz Tağıyevin güləş məktəbi olur. O, Ramiz müəllim ki, onun güləş məktəbindən neçə-neçə adlı-sanlı idmançılar bu gün üçrəngli bayrağımızı yüksəklərə qaldırır. Ramiz Tağıyev tanınmış idmançılar yetirməmişdən öncə şanlı bir idmançı kimi tanınmış, dəfələrlə yüksək miqyaslı yarışlarda öz qalib sözünü demişdir. O, Avropa və Dünya çempionları, 100-ə yaxın idman ustası, 500-dən çox ustalığa namizəd yetişdirib. Bəli, hər kəsin tanıdığı və yüksək hörmətlə yanaşdığı Ramiz müəllim Vətənə sevgisini öz sahəsinin uğurları ilə bildirib. O, milli güləş və respublika birinciiyində 9 dəfə respublika çempionu olub. SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən işçisi, Ali kateqoriyalı məşqçi-müəllim, Əməkdar məşqçi, Fəxri idman xadimi. Onun fəxri adları, mükafatları saysız, hesabsızdır.

Ramiz Tağıyev həm də Vətənini sevən bir insan, qayğıkeş bir ata, saf əqidəli dost, geniş ürəkli bir eloğlu kimi tanınır və sevilir. O, elə insanlardandır ki, bütün ali və yüksək, qiymətli və dəyərli, keçərli və kəsərli sözləri, kəlmələri, cümlələri ona ünvanlamaq olar. Ramiz Tağıyev canlı ensiklopediya, həm də el ağsaqqalıdır.

Rəcəb Babaşov ürək sözlərini bildirdikdən sonra yubilyarı Fəxri Fərmanla təltif edib, qiymətli hədiyyə ilə mükafatlandırıb.

Sonra Ramiz Tağıyev çıxış edərək onun əməyinə verilən yüksək qiymətlərə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirib, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi diqqət və qayğıya görə sonsuz təşəkkürlərini çatdırıb.
Ramiz Tağıyevin 70 illik yubileyi qeyd olunub
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Prezident təqaüdçüsü Kamal Əhmədov, Əməkdar jurnalist Sərhəd Məmmədov, Əməkdar müəllim Bəsti Ələkbərova, yazıçı-jurnalist Səbinə Yusif, Əlbəyaxa Döyüş Federasiyasının rəhbəri Azər Əhmədov, BDU-nun Qazax filialında pedaqoji fakültənin dekanı Hamlet İlyaslı, Əməkdar məşqçi Azər Əliyev, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək yubilyarı təbrik edib, onun keçdiyi şərəfli ömür yolundan söz açıb, xatirələrini söyləyiblər.

Görüşdə Səbinə Yusifin Ramiz Tağıyev haqqında yazdığı “40-cı fənd” kitabı İcra Başçısına təqdim olunub.

Elçin İSMAYIL

Geri qayıt