Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

9-05-2018, 15:28
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Aparatın məsul işçiləri, Böyük Vətən Müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri və Qarabağ Müharibəsi əlilləri İctimai Birliyinin üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanına gəliblər. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abidə-kompleksin önünə önünə gül dəstələri qoyub, şəhidlərin ruhunu böyük ehtiramla yad edib. Tədbir iştirakçıları da kompleksin önünə gül dəstələri qoyaraq şəhidlərə öz ehtiramlarını bildiriblər.
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Sonra tədbir Daş Salahlı kəndində Böyük Vətən Müharibəsində (1941-1945-ci illər) həlak olanların xatirəsinə tikilmiş abidə-kompleksin önündə davam etdirilib. Burada abidə kompleksin yenidənqurulması və əsaslı təmirindən sonra açılışı olub.
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müharibə veteranları ilə birlikdə kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, abidənin önünə gül dəstələri qoyaraq Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini yad edib. Sonra tədbir iştirakçıları tərəfindən abidə önünə qərənfillər qoyulub.
Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb, əsaslı təmirdən sonra möhtəşəm bir görkəm almış abidə-kompleksin müharibə veteranlarına ən böyük hədiyyə olduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bildirib ki, bu gün alman faşizmi üzərində tarixi Qələbədən 73 il ötür. Azərbaycan faşizm üzərində Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndərin sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Bu il də daxil olmaqla hər il 9 May - Qələbə Günü münasibətilə müharibə veteranlarına, onların dul qalmış həyat yoldaşlarına maddi yardım olunur.

Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov çıxış edərək tarixi qələbənin əldə edilməsində Azərbaycan oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Daş Salahlı kənd sakini Fərhad Qocamanov, Şəhid ailəsi adından Vaqif Məmmədov, kənd ağsaqqalı Nuşirəvan Xəlilov çıxış edərək qələbə günü münasibətilə veteranları təbrik ediblər. AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal təbriklərə qoşularaq müharibəyə həsr etdiyi şeiri oxuyub.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Böyük Vətən Müharibəsi veteranlarını Fəxri Fərmanla təltif edib. Qələbə Günü 100 yaşı tamam olan Nəbi Nəbiyevə, Xanqulu Süleymanova və Hümbət Alıyevə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.

Elçin İSMAYIL

Geri qayıt