Əsas Səhifə > Manşet / Rəsmi > Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib19-10-2016, 11:30 |
![]() Qazax, 19 oktyabr. GÖYƏZƏN.AZ AZƏRTAC-a əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. ![]() Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi. ![]() Məlumat verildi ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. ![]() Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. ![]() Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. ![]() Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. ![]() Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var. ![]() Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. ![]() Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. ![]() Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. ![]() Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib. ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |