Əsas Səhifə > Manşet / Sosial > Uşaq bağçasında əsas işlər görülüb

Uşaq bağçasında əsas işlər görülüb


8-05-2018, 17:30
Uşaq bağçasında əsas işlər görülüb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən şəhər 2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur. İnşaatçılar təmir işlərini sürətlə apararaq təmir-bərpa işlərini vaxtında başa çatdırmağa çalışırlar. Ona görə də işin sürəti gündən-günə daha da artır.

Rayon rəhbərliyi təmir başlanan gündən mütəmadi olaraq bağça binasında olur, görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparılan təmir-bərpa işləri ilə tanış olmaq üçün bağçaya gəlib.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binanın hər 2 mərtəbəsində söküntü işləri başa çatıb. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bütün arakəsmə hörgü işləri yekunlaşıb. Hər iki mərtəbədə suvaqaltı elektrik xəttinin çəkilməsi başa çatıb.

Binada suvaq və üzlük vurulması işləri də tam yekunlaşıb. Lazım olmayan bir neçə pəncərə hörülüb. Alçiban vurulması işi də yekunlaşıb, hal-hazırda üzlük vurulur.

İş icraçısı bildirib ki, köhnə pilləkan məhəcəri də sökülərək yenisi ilə əvəz olunub, pilləkanlara üzlük daşlar vurulub.

Binada suvaq işləri də başa çatıb, qapı və pəncərələr, döşəmə və tavan yenisi ilə əvəz olunub. Mətbəx, sanitar qovşağı və sair köklü şəkildə təmir edilir. Binanın içərisində dəyişikliklər də aparılıb, daha münasib hala salınıb.

İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra müvafiq tövsiyələrini verib, binada təmiri ayın sonuna kimi başa çatdırmağı tapşırıb.

Uşaq bağçasında əsas işlər görülüb
Uşaq bağçasında əsas işlər görülüb
Uşaq bağçasında əsas işlər görülüb
GOYEZEN.AZ

Geri qayıt