Əsas Səhifə > Manşet / Təhsil > Təhsilə qayğı daim diqqət mərkəzindədir

Təhsilə qayğı daim diqqət mərkəzindədir


19-04-2018, 23:15
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Bu gün Qazax rayon İcra Hakimiyyətində bir qrup məktəb və bağçaların rəhbər işçiləri ilə görüş keçirilib. Görüşdə şəhərdə fəaliyyət göstrən tam orta məktəblərin direktorları, həmin məktəblərin tədris və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, şəhər bağçalarının müdirləri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bunun ildən-ilə daha böyük bəhrə verdiyini qeyd edib. Bildirib ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Bunun üçün rayonumuzda lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün İcra Başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Məktəblilərin, eləcə də şagirdlərin daha yaxşı şəraitdə təhsil almaları, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.

İcra Başçısı bağçalardakı vəziyyətdən söz açaraq bu sahədə də vəziyyətin getdikcə inkişafa doğru getdiyini qeyd edib. Bildirib ki, rayonumuzda bütün sahələrlə yanaşı olaraq körpə balalarımızın daha yaxşı şəraitdə böyümələri, ilkin tədris almaqları üçün əməli işlər görülür. Yeni bağça binaları tikilir, yararsız olan binalar əsaslı şəkildə təmir olunaraq yenidən qurulur. Bu məqsədlə istər şəhərdə, istərsə də kəndlərimizdə diqqətəlayiq işlər görülmüş, körpələr üçün ən yüksək şərait yaradılmışdır. Qeyd edib ki, bu proses bu gün də davam etməkdədir və ilin sonuna kimi rayondakı bütün bağçalar əsaslı şəkildə təmir ediləcəkdir.

Bağçaların ərzaqla təminatı da köklü şəkildə dəyişmiş, ən yüksək səviyyəyə çatdırılmışdır. Bu gün əminliklə demək olar ki, bağçalar yüksək keyfiyyətli ət və digər ərzaq məhsulları ilə tam təmin olunur. Bu da körpələrin sağlam qidalanmasına və gümrah böyüməsinə zəmin yaradır.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, şəhər 3 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Süleyman Həsənov, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhim Muradov və başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, bağçalarda yaradılmış yüksək şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün daha səylə çalışmağı tövsiyə edib. Bildirib ki, bunun üçün rayonumuzda hər cür imkanlar vardır. Bu imkanlardan səmərəli istifadə edilməli, daha böyük nailiyyətlər əldə olunmalıdır.

Elçin İSMAYIL

Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Təhsilə qayğı daim diqqət mərkəzindədir
Geri qayıt