Əsas Səhifə > Manşet / Sosial > İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub

İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub


18-04-2018, 20:09
İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı, mədəniyyətə də diqqət və qayğı göstərir, bu sahənin inkişaf etməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir. Ədəbiyyat Muzeyinin və Səməd Vurğun Poeziya Evinin əsaslı şəkildə təmir olunması, Xalq şairi Osman Sarıvəllinin qəbrinin əsaslı şəkildə təmir edilməsi, Qazaxda doğulub boya-başa çatmış bütün şair, yazıçı və elm adamlarının doğum və anım günlərinin, yubileylərinin keçirilməsi, Əməkdar incəsənət xadimi, Aşıq Ədalətin dəfninin yüksək səviyyədə təşkil olunması, ad gününün keçirilməsi, rəssam Nəcməddin Hüseynova göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 1 saylı uşaq musiqi məktəbinə gəlib.

Rayon rəhbərliyinə məlumat verilib ki, uzun illər bu tədris ocağı diqqətdən kənarda qalıb və heç bir təmir işləri aparılmayıb. Ona görə də məktəbdəki şərait günün tələblərinə cavab vermir.

Musiqi məktəbindəki şəraitlə tanış olan İcra Başçısı mövcud vəziyyətin aradan qaldırılması ilə əlaqədar tədbir görüləcəyini bildirib.

İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub
İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub
İcra Başçısı şəhər 1 saylı uşaq musiqi məktəbindəki vəziyyətlə tanış olub
GOYEZEN.AZ

Geri qayıt